diş ağrısı

Dişiniz ağrıyırsa, bu ağrının səbəbini öyrənmək və onu necə müalicə edəcəyinizi bilmək vacibdir.

Kiçik qıcıqlanmalar və ağrılar üçün ağzınızı duzlu su ilə yaxalamağınız faydalı ola bilər.

Ancaq daha şiddətli ağrılarınız varsa, dişlərinizi diş həkiminə göstərməlisiniz. Diş ağrısını aradan qaldırmaq üçün evdə müalicə üsullarını təqdim edirik.

 

1. Duzlu su

Bir çox insan üçün duzlu su təbii dezinfeksiyaedicidir. Dişlər arasında ilişib qalan kiçik parçaları da yerindən çıxarmağa kömək edir. Bir stəkan ilıq suya bir çay qaşığı duz əlavə edib qarqara etmək kifayətdir.

2. Hidrogen peroksid

Ağzınızı hidrogen peroksidlə yaxalamaqla diş ağrısı və şişkinlikdən xilas olmaqla yanaşı, bakteriyaları da öldürə bilərsiniz. İstifadə etməzdən əvvəl hidrogen peroksidi suya yaxşıca qarışdırdığınızdan əmin olun. 3 %-lik hidrogen peroksidi bərabər miqdarda su ilə qarışdırın və ağız qarqarası kimi istifadə edin, ancaq udmamağa diqqət yetirin.

3. Nanə çayı

Nanə çayı dişlərin ağardılması və diş ətinin həssaslığı üçün istifadə olunur. Bundan əlavə, diş ağrısına çox yaxşı təsir edən nanə, yarpaq və ya çay şəklində istehlak edilə bilər.

4. Sarımsaq

Sarımsaq ağrıkəsici xüsusiyyəti ilə tanınır. Onun müalicəvi xüsusiyyətləri bir çox bakteriya növlərinin müalicəsində istifadə olunur. Əgər diş ağrınız üçün istifadə edəcəksinizsə, onu yalnız ağrıyan dişinizə tətbiq etməyiniz məsləhətdir.

5. Mixək

Mixək diş ağrısı üçün ən yaxşı təbii dərman kimi tanınır. Çünki mixəyin tərkibindəki yağ ağrını azaltmağa səbəb olur.

6. Kəklikotu yağı

Bir neçə damcı kəklikotu yağı birbaşa diş ağrıyan yerə tətbiq olunmalıdır. Kəklikotu yağını su ilə qarışdırıb içmək də olar.

7. Soyuq kompres

Əgər diş ağrınız dözülməz hala gəlibsə, ağrıyan dişinizə xaricdən soyuq kompres tətbiq etməyi məsləhət görürük. Soyuqluq hissi bölgədəki qan damarlarını sıxır və bununla da ağrını azaldır. Diş xəstəlikləri bəzən daha böyük bir xəstəliyin əlaməti ola bilər. Ona görə də ağız və diş sağlamlığınız üçün həkimə müraciət etməyinizi tövsiyə edirik.

Əvvəlki məqaləBağırsaq qurdlarını tökən ən təsirli vasitələr
Növbəti məqalədəArtıq çəkidən xilas olmağın daha bir üsulu tapılıb