qadın

Qızlıq və ya bəkarət pərdəsi kimi bilinən hissə uşaqlıq yolu Müller qabarcığının (əzələ birləşməsinin) qalığı hesab edilir.
Tibbdə onun fizioloji cəhətdən heç bir vəzifəsi yoxdur.

Embrionun xarici cinsiyyət orqanları dölün 7-12-ci həftə aralığında formalaşmağa başlayır. Oğlan doğulacaq körpələrdə cinsiyyət divarları birləşərək xayaların içində dəri əmələ gətirir. Qız doğulacaq körpələrdə isə cinsiyyət divarları 4 yerə ayrılaraq – xarici və daxili dodaqları formalaşdırır. Nəticədə arada qalan qalıq hissəyə isə Himen (Qızlıq Pərdəsi) deyilir.
1. Alimlərin apardığı araşdırmalar göstərib ki, bu orqanın heç bir ciddi funksiyası və orqanizm üçün önəmli rolu yoxdur. Bir qrup alim onu uşaqlıq yolu üçün sədd olduğunu desə də, digər bir qrup forması etibarilə onun bu nəzəriyyəyə cavab vermədiyini deyir.
2. Canlılar arasında yalnız insanlarda deyil, bəzi heyvanlarda da qızlıq pərdəsi mövcuddur. Himen (qızlıq pərdəsi) bir çox məməli heyvanlarda – siçan, at, lemur, donuz və s. mövcuddur. Lakin insanlardan fərqli olaraq, heyvanlarda hymen cinsi əlaqə zamanı deyil, müəyyən dövrdə öz-özünə parçalanır.
3. Himen müxtəlif formalara malikdir. Hətta anadangəlmə onun mövcud olmaması da tibbi cəhətdən təsdiqlənib. Himen orta hesabla 2000 qadın arasında 3 nəfərdə anadangəlmə olmaya bilər.
4. Elastik himenlər elmi cəhətdən az olsa da, rast gəlinən haldır. Belə himen cinsi əlaqə zamanı yırtılmır, yalnız dartılır və qadın təbii yolla uşaq dünyaya gətirəndə parçalanır. Bu da tibdə təsdiq olunmuş bir faktdır. Bu səbəbdən ilk cinsi əlaqə zamanı qanın olmaması heç də o demək deyil ki, qız bundan əvvəl cinsi əlaqədə olub.
5. Hazırda “tibb sahəsində yenilik” adlandırılan himenin cərrahi üsulla bərpası qədim zamanlardan mövcuddur. Qadınlar isti qatran metodu ilə özlərini “müalicə” edə bilirdilər.
Əvvəlki məqaləİdeal cinsi əlaqə neçə dəqiqə çəkməlidir? – Qadın və kişi üçün fərqi
Növbəti məqalədəƏsəb və stress qadını çirkinləşdirir