Gender probleminin ən çox müzakirə edildiyi bir dövrdə yaşayırıq. Hər gün qadınlarla kişilərin müxtəlif aspektlərdən qarşılaşdırılmasını, müqayisəsini və çək-çevirini görürük. Əbədi olaraq bir-birinə yoldaş, dost olan bu iki varlıq həm də əbədi rəqiblərdir. Halbuki həm elmi, həm dini baxımdan qadın və kişi anlayışı bir mahiyyətdə birləşir.

Bəs niyə bəzi cəmiyyətlərdə qadın hər zaman kişidən bir addım geridə görülür?

Zərif yoxsa hegemon?

Zərif, hətta bir çox kişilərin təbirincə desək zəif və güclü (hegemon) cins ifadələr qadın-kişi faktorunu ifadə edir. Bu ifadəni ilk dəfə kim işlədib, bilmirik, amma qadınla kişini bir-birindən ayırmaq üçün ən çox istifadə edilən və bəzən də qıcıq doğuran ifadədir. “Zərif” sözü çox zaman, adətən də qarşı cinsin dilində “zəif” sözü ilə əvəzlənir. Amma tarix bizə göstərir ki, bir çox dövrdə qadın özünü və bacarığını göstərib.

Beləliklə, tarix boyu dünyada mövcud olmuş peşələrdəki “ilk” qadınlar…

İlk qadın kosmonavt rus olub.Valentina Nikolayeva Tereşkova adını ilk qadın kosmonavt kimi tarixə yazdı. 1963-cü ilin 19 iyununda “Vostok VI ” gəmisi ilə 71 saat ərzində dünyanın ətrafında 48 dəfə dövr edən kosmonavt qadın bununla da bəşər tarixində qadının ən məsuliyyətli, ən çətin və ən cəsarətli işi bacarması faktını əbədiləşdirdi.

Bəşər tarixinin ilk qadınları

İlk qadın səfirin adı rus əsilli Aleksandra Qollandasdır. Aristokrat bir ailənin övladı olan Aleks 1915-ci ildə öz ailəsi və aid olduğu təbəqə ilə bütün bağlarını qopardı və bolşeviklərə qoşuldu. 1922-ci ilin payızında o, sovetlərin Norveçdəki səfiri təyin edildi. Həmin vaxt SSRİ hələ Norveç tərəfindən rəsmən tanınmamışdı, ona görə ilk xanım səfir Norveçin SSRİ-ni rəsmi tanınmasından, yəni 1924-cü ilin 15 fevralından sonra vəzifəsinin icrasına başladı.

Bəşər tarixinin ilk qadınları

İlk qadın memar Ethel Meri Çarlz olduqca bacarıqlı və istedadlı bir qadın olub. Həm öz dövründə, həm də ondan sonra “qadın kişi işini bacarmaz” deyənlərə ən yaxşı sübut kimi bu xanımı göstərmək olar. Böyük layihələrə imza atan Meri 1898-ci ildə imtahandan uğurla keçərək “İngiltərənin Memarlar Otağı”na da üzv oldu.

Bəşər tarixinin ilk qadınları

İlk qadın vəkil olan Arabella Mansfayld “Qadın müdafiə olunandır, qadın zəifdir və qadın qayğıya ehtiyac duyandır” sözlərinə nifrət edirdi. Deyirdi ki, müdafiədə duran yox, müdafiə edən olmaq istəyir.

Bəşər tarixinin ilk qadınları

Sadə Amerika vətəndaşı Arabella Mansfayld arzularını reallaşdırdı. Əvvəlcə bir vəkil bürosunda köməkçi işlədi, eyni zamanda təhsilini tamamladı. Arabella 1869-cu ilin iyun ayında ilk məhkəməsinə çıxdı və məhkəməni uddu.

İlk qadın həkim Elizabet Blakvell əslən İngiltərədən idi, daha sonra Amerikaya köçdü. Həkim olmağa uşaq vaxtı qərar vermişdi. Səbəbi isə uşaqlıq dostunu gözü görə-görə xərçəngdən itirməsi idi.

Bəşər tarixinin ilk qadınları

Dostu ölümən öncə Elizabetə “qadın bir həkim olsaydı dərdimi daha yaxşı izah edə bilərdim” demişdi və bu sözlər onun qulağında ömürlük ilişib qalmışdı.

O, Filadelfiya və Nyu-Yorkdakı tibb məktəblərinə getdi, amma onlar qız tələbə qəbul etmirdilər. Elizabet yenilmədi, var gücü ilə mübarizə apardı və sonunda məktəbə qəbul olundu. Məzun olduqdan sonra da çətinliklə qarşılaşdı, qadın olduğuna görə heç bir xəstəxanada işə götürmədilər. O da məcbur olub öz tibb mərkəzini açdı. İlk xəstələri də həmcinsləri oldu.

İlk qadın hakim Ester Morris amerikalıdır, hüquq təhsili olsa da, qadınların bu cür işlərdə çalışması o vaxtlar qəbul edilmirdi. 1870-ci ildə, uzun mübarizədən sonra ABŞ-ın Vyominq əyalətindəki şəhərlərin birində məhkəmə sədri təyin edildi.

Gözəl bədən quruluşuna, şirin dilə malik və iti sözlü olan bu xanım məhkəmə sədri olduğu dövrdə 70 iddiaya baxdı. Şəhərdə həmişə onun ədalətli olmasından, haqqı müdafiə etməsindən danışırdılar.

İlk qadın bələdiyyə sədri Susanna Medora Salter adlı 27 yaşlı xanım 1887-ci ildə Kanzas əyalətinin Arqonuya şəhərinin bələdiyyə sədri seçilib. Seçicilərin üçdə ikisinin səsini yığan Susannanın namizədliyi, özünün də xəbəri olmadan üzv olduğu bir dərnək tərəfindən irəli sürülmüşdü. O, namizəd olduğunu səs vermək üçün məntəqəyə getdiyi zaman öyrənib.

Bəşər tarixinin ilk qadınları

İlk qadın millət vəkili haqda danışaq. Hər işdə olduğu qədər qadınlar siyasətdə də kifayət qədər uğur qazana biliblər. Bunu ilk dəfə Fillandiya qadınları sübut etdi.

Fillandiyada 1907-ci ildə keçirilən parlament seçkilərdə 19 qadın namizəd üzvlük haqqını qazandı. Doqquz xanım iqtidardakı İctimai Demokrat Partiyasından idi və aralarında bir jurnalist, bir dərzi, bir müəllim, bir bərbər və bir qadın haqqları müdafiəçisi vardı.

İlk qadın keşiş həyatını yaşamış Antoninette Brovn İlahiyyat Kollecinə daxil olmağı bacarmışdı. 1853-cü ildə məktəbi bitirib kilsəyə 300 dollarlıq maaşla işə təyin olundu. Bütün keşişlər kişi idi və bu səbəbdən ona maraq çox böyük idi.

Bəşər tarixinin ilk qadınları

Kilsəni təmsil edən nümayəndə kimi bəzi görüşlərə gedəndə onu səs-küylə qarşılayırdılar. Amma sonralar insanlar buna alışdılar.

İlk qadın baş nazir Şirimavo Bandaranaykedir. O, 1960-cı ildə Şri-Lanka hökumətinin ilk baş naziri oldu. Ondan sonrakı dövrlərdə qadın baş nazirlərin sıralanması isə bu cürdür: Hindistanda 1966-cı ildə İndira Qandi, İsraildə 1969-cu ildə Elizabet Domiteyn, İngiltərədə 1979-cu ildə Marqaret Techer öz ölkələrinin baş naziri seçildilər.

İlk qadın pilotun adı Elis Roşedir. Elis səmanı çox sevirdi və bu sevgi onu pilot etdi. 1909-cu ildə ilk dəfə təkbaşına uçan Elis bir illik təhsildən sonra ilk professional qadın pilot adı ilə tarixə düşdü.

Bəşər tarixinin ilk qadınları

İlk şalvar geyən qadın. Tarixə ilk şalvar geyən qadın kimi Fransalı müğənni-aktrisa Sarah Bernhard düşüb. Onun geydiyi şalvar pencəyi ilə dəst idi. Qadınlar ilk vaxtlar şalvar geyməyə cəsarət etmirdilər.

Heykəli ucaldılan ilk qadın. Zadəgan və varlıları nəzərə almasaq, heykəli ucaldılan ilk sadə qadın Doroti adlı tibb bacısı olub. İngilis Doroti Patisson yoxsulların “xeyirxah mələyi” idi. Gecə-gündüz onlar üçün təmənnasız işləyirdi. Elə işlədiyi qəsəbənin meydanında da xalq ona heykəl qoydu.

Bəşər tarixinin ilk qadınları Bəşər tarixinin ilk qadınları

İlk qadın polis. Bu sahədə ilk addım atan Alisa Stebbin cəmiyyətin qınağına tuş gəldi. O, 1910-cu ildə Los Ancelesdə fəaliyyətə başladı. Cəmiyyət onu qəbul etmirdi. Polislərə verilən gediş kartı onu bəzən çətin vəziyyətə də saldı. Tez-tez ictimai nəqliyatlarda mübahisə etməli olan Alisa öz durumundan narahat olsa da sənətindən ayrılmadı. Polislər nəqliyyatda həmin kartın sayəsində pulsuz gedirdilər.

Stebbin nə vaxt sürücüyə kartını göstərsə onu danlayırdılar və ərinin kartını istifadə etməkdə suçlayırdılar. Stebbin bundan narahat olurdu. Bunu komandirinə dedi və onun kartına “sənəd qadın polisi üçün verilir” yazdılar.

Mənbə: Publika.az

Əvvəlki məqaləƏtəyinizin uzunluğu nə qədərdir?
Növbəti məqalədəAfrikalı qızların ümidi Mirtilla Miner