ana və körpəDoğuşdan sonrakı ana stressi körpənin sağlamlığına təsir göstərir. Bu stressi ötürməyin mümkün yollarından biri ana südünün tərkibindəki dəyişikliklərdir.
Hollandiya alimləri bu mexanizmin necə işlədiyini dəqiq öyrənməyi qərara alıblar.
Onlar doğuşdan sonrakı ananın bioloji və psixoloji stressinin ana südünün yağ turşularının tərkibinə təsirini öyrəniblər. Məlumdur ki, yağ turşuları uşağın sağlam inkişafı üçün vacibdir və onların qida rasionunda qeyri-kafi miqdarda olması sonrakı həyatda müxtəlif xəstəliklərin riskini artırır.
Tədqiqatda ən azı ilk ay əmizdirmək niyyətində olan 18 yaş və daha böyük gənc analar iştirak edib. Qrupa həm sağlam uşaq anaları, həm də xəstəxanaya yerləşdirilən körpə anaları daxil olub.
Qadınlar narahatlıq səviyyələrini, doğuşdan sonrakı depressiyanı və yemək vərdişlərini müəyyənləşdirməyə kömək edən bir anket doldurublar. Saç, tüpürcək və təbii ki, ana südü nümunələri də toplanılıb.
Tədqiqat göstərib ki, ana südündəki yağ turşularının aşağı səviyyədə olması uşağa stress siqnallarını ötürə bilər.

Əvvəlki məqaləQış mövsümündə ətir necə seçilir? Qış ətirləri nədir?
Növbəti məqalədəKələm xərçəngi necə əngəlləyir?