Xüsusilə ana südü, körpələr üçün çox əhəmiyyətli bir qida qaynağıdır. Ana südünün körpələr üçün möcüzəvi bir təsiri vardır.
Körpələrin sağlam inkişafı üçün ilk 6 ay ərzində yalnız ana südü qəbul etməsi lazımdır. Daha sonrakı dövrdə isə, 2 yaşına qədər müxtəlif dəstək qidaları ilə birlikdə ana südünün istifadə edilməsi lazımdır. Əmizdirmə dövründə ana südündə olan enerjinin çoxu, ananın yeyib-içdikləri hesabına qarşılanır. Bunun üçün analar yediklərinə çox diqqət yetirməlidirlər. Bu barədə mütəxəssislərin tövsiyyələrini 5 əsas maddə şəklində sıralayaq.
1. Ən əhəmiyyətlisi, əmizdirmə dövründə sürətli kilo vermək üçün pəhriz dərmanlarından qətiliklə istifadə etməyin.
2. İçdiyiniz suyun ana südünü artırmaqda əvəzi yoxdur. Gündə mütləq 2-3 litr arasında su qəbul etməlisiniz. Çünki, südün bir hissəsi sudan ibarətdir.
3. Kalsium baxımından olduqca zəngin olan süd, pendir, qatıq və s.kimi süd və süd məhsullarını bol-bol qəbul edin. Yumurta, quru paxlalılar və ətli tərəvəz yeməklərinin də ana südünü artırmada təsiri vardır.
4. Ayrıca ərik, yaşıl tərəvəz və kök kimi qidalar da tez-tez qəbul edilməlidir. Vitamin baxımından zəngin olan meyvə və tərəvəzlər də hər gün yeyilməlidir.
5. Son olaraq da, yeyilən qiaların qida dəyərini itirməməsi və anemiyanı ( qansızlıq) önləmək məqsədiylə əmizdirmə dövründə çay içilməməsi tövsiyyə edilir.
Buradan da aydın olduğu kimi tək istiqamətli deyil, çox istiqamətli qidalanmaya diqqət etməliyik.