pəhriz

Akademik İvan Pavlov Rusiya səhiyyəsinin atası hesab edilir. Onun irəli sürdüyü Qidalanmanın qızıl qanunlarını illər sonra Avropa və Amerika alimləri təsdiqləyərək, milyonlarla tirajla satılan kitablarına daxil ediblər.
Hansı ki, biz hamımız onları kobud şəkildə pozuruq və nəticədə ürək, mədə-bağırsaq problemləri başlayır.
1. Yalnız bir tərkibli sadə yemək yeyin
Zülal karbohidratla, karbohidrat şəkərlə qarışdırılmamalıdır. Məsələn, makaron ilə ət, çörəklə düyü, düyü ilə toyuq olmaz. Əgər ət yemisizsə, yanında tərəvəz ola bilər. Ətdən sonra növbəti yemək ancaq 2-3 saatdan sonra yeyilə bilər.
2. Bu qidalar uyğun deyil
Balıqla süd, südlə meyvələr, balıqla yumurta, toyuqla süd, mərci ilə lobya və şirniyyat, bitki yağları ilə bal – bunlar qətiyyən yolagetməz ərzaqlardır. Birlikdə qəbulu olmaz.
Yumurta ilə göbələk, paxlalılarla pendir, südlə yumurta, kartofla çörək də birlikdə yeyilməməlidir
 
3. Meyvələr ayrıca qidadır və onları digər yeməklərdən ayrı, xüsusən də yeməkdən 1 saat öncə yemək lazımdır. Yeyəndə bir növ meyvə yeyilir.
 
4. Eləcə də süd və süd məhsulları ayrıca qidadır. Onlar da yeməklərlə birgə yeyilməməlidir. Pendiri göyərti ilə yeyin. Pendiri çörəklə yemək olmaz.