Günümüzün hərəkətli həyat tempində valideynlər bir çox şeyə vaxt ayırmaqda çətinlik çəkirlər. Ancaq ailə vəhdətini dəstəkləməyin ailənin hamısının ruh sağlamlığını müsbət istiqamətdə təsir göstərəcəyi düşündükdə gündəlik qaça-qaç içində ilk öncə ailənin bir arada olmasına diqqət yetirmək lazım olduğu açıqdır. Ailəyə vaxt ayırmaq planlaşdırma, fədakarlıq və əzmkarlıq tələb edən bir işdir.
Bunu təmin etmək üçün bunlar təklif edilə bilər:
Gün ərzində gördüyünüz bütün işləri düşünərək nə kimi işlərə üstünlük verdiyinizi tapmağa çalışın. Məsələn, bir gün ərzində gördüyünüz bütün fəaliyyətləri saat saat yazmağı sınaqdan keçirə bilərsiniz.
Siyahınızda ailənizə nə qədər vaxt ayırdığınıza diqqət edin. Etməniz lazım olan şey, siyahınızdakı prioritetləri dəyişdirməkdir.Ailənə zaman ayırAilənə zaman ayır
Hər gün mütləq ailə üzvlərinin hamısının bir arada keçirəcəyi bir zaman kəsiyi yaratmağa cəhd edin. Bunun hökmən da axşam yeməyi olması lazım deyil. Məsələn, ailənizdə axşam gec saatlara qədər çalışan bir ata və məktəbə getmək üçün tez yatan bir uşaq varsa sizin ailənizin gün ərzində bir arada ola biləcəyiniz zaman, səhər yeməyi ola bilər.
İstər kiçik ailəniz, istərsə də geniş ailənizlə birlikdə olacağınız zamanlar barədə gündəlik, həftəlik, aylıq planlaşdırmalar edin.

Əgər ailənizə verəcəyiniz vaxt məsələsində prioritetlərinizi dəyişməkdə çətinlik çəkirsinizsə sizin üçün dünyada ailənizdən daha əhəmiyyətli bir şey olub olmadığını düşünün. Əgər ailənizin əhəmiyyətinə həqiqətən inanırsınızsa ailənizə ayıracaq vaxtınız da mütləq vardır.
 
Mənbə: cazibe.info
Əvvəlki məqaləBurada bakirə qızlara evlənməyə icazə verilmir – Qəribə toy adətləri
Növbəti məqalədəNiyə cütlüklər xarici görünüşdə oxşar olurlar?