pəhrizÇox vaxt insanlar, sağlam olmayan, aclıqla qarşılaşırlar. Hərdən elə olur ki, yemək istəyirsən, amma imkan olmur. Belə hallarda nə etməli? Orqanizmi aldatmağa cəhd etmək olar, amma qeyd edək ki, həmişə bunu tətbiq etməyə dəyməz, yeməkdə lazımdır.

1. Su

Bəzən, insanlar, susuzluğu aclıqla qarışdırırlar. Bu çox yayılmış bir səhvdir və onu aradan qaldırmaq olduqca sadədir. Bir stəkan su içmək lazımdır, bu zaman aclıq hissi itir, yox əgər 30 dəqiqə sonra yenidən aclıq hiss etsəniz deməli həqiqətən acmısınız.

2. Tənəffüs gimnastikası.

Çox təsirli vasitədir. Tənəffüs gimnastikası yağların parçalanmasına başlayır ki, bu da öz növbəsində enerji ehtiyatını ödəyir. Aclığı yatırmaq üçün , 20 dəfə dərindən nəfəs almaq kifayətdir.

3. Yuxunu al.

Bəzi adamlar, doyunca yatmamağı, yeməklə kompensasiya etməyə çalışırlar. Onlara elə gəlir ki, yeməkdən sonra yuxu qaçır. Əslində, bu yalnış fikirdi və çox yemək, sağlamlığa ziyan vurur. Yatmazdan öncə, kiçik fincanda, qatıq içmək olar, bu yuxunun keyfiyyətini yaxşılaşdırır və maddələr mübadiləsini normallaşdırır. Və yadda saxla, yuxunu almaq mütləqdir.

4. İşsiz oturma.

Tez-tez elə olur ki, insanlar darıxdığından yeməyə başalayırlar. Bu yolla, bəziləri, öz stressini “öldürmək” istəyirlər. Bu cür yəməyin səbəbi, psixoloji amildir. Belə hallarda, özünə məşğul olmaq üçün hobbi tapmalısan ki, çox yeməyə vaxtın olmasın.
Bax, belə sadə üsullarla aclığı aldatmaq olar. İlk öncə hər zaman bundan başla ki, həqiqətəndə acsan, ya bu sadəcə əlləri və ağızı nə iləsə məşğul etmək üçündür? Yadında saxla ki, normal qidalanmaq lazımdır,çünki sənin orqanizminin qidaya ehtiyacı var.

Əvvəlki məqaləModa tarixinə daxil olan toy libasları
Növbəti məqalədəXoşbəxt münasibətlərin əsas əlaməti nədir