Geniş çiyinli pencəklər, bol aksesuarlar, metal parıltı 80-ci illərin dəbini xarakterizə edir. Dəb aləmində keçmiş təkrarlandıqca hər mövsüm mütləq ötən illərdən hansısa element müasir dəbdə sevimlimiz olur. Stil mütəxəssislərinin fikirlərinə görə, bu yaz da 80-ci illərdə dəbdə olan 5 əşya mütləq qarderobumuzda olmalıdır. Qarderobunuzu “bəzəməli” olan 5 əşya hansılardır, onları sizə təqdim edirik.

Geniş çiyinli pencəklər

80-ci illərdə dəbdə olan 5 əşya bu yaz qarderobunuzda olmalıdır

Geniş çiyinli pencəklər yeni mövsümdə qarderobun açar parçası olmağa iddialıdır. Demək ki, o dövrdə küçələrdə, filmlərdə görməyə adət edilən bu pencəklər yenidən dəbin zirvəsində olacaq. İş üçün bu cür pencəkləri midi ətəklər və kobud ayaqqabılarla, rəfiqələrlə gəzməyə gedərkən isə, cinslə asanlıqla dəstləşdirə bilərsiniz.

Metal parıltı

80-ci illərdə dəbdə olan 5 əşya bu yaz qarderobunuzda olmalıdır

Parıltılı kokteyl donu istənilən əyləncəli axşam üçün ideal seçimdir. Belə geyimlə siz adətən bir “ulduz”a çevrilə bilər və diqqətdən kənar qalmarsınız.

Böyük boyunbağı

80-ci illərdə dəbdə olan 5 əşya bu yaz qarderobunuzda olmalıdır

Yazı aksesuarlarsız təsəvvür etmək yəqin ki, ağılsızlıq olardı. “Təpədən dırnağa” kimi aksesuara bürünsəniz yeni mövsümdə heç kim sizə “gözün üstə qaşın var” deyə bilməz. Çünki aksesuar nə qədər çox olarsa bir o qədər 80-ləri yad etmiş olarsınız.

Büzmə

80-ci illərdə dəbdə olan 5 əşya bu yaz qarderobunuzda olmalıdır

Bu mövsüm bütün dizaynerlər öz kolleksiyalarında büzmələrə, volanlara geniş yer veriblər. Belə detallı geyimlərdə siz gəlinciyi xatırlatmadan daha tərzli və zərif görünəcəksiniz. Əsas qayda – bütün görünüşünüzdə bu detallardan yalnız birini istifadə edin.

Geniş kəmər

80-ci illərdə dəbdə olan 5 əşya bu yaz qarderobunuzda olmalıdır

Bu yaz geniş kəmərlər istənilən geyimlə “dostlaşa” biləcək. Donlarınızda, plaşlarınızda və iş kostyumlarınızda asanlıqla istifadə edəcəyiniz bu kəmərlər sizi tərzli göstərəcək.

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalıgeyi

Əvvəlki məqaləSəyahətlərinizi asanlaşdıracaq 9 əsas parça
Növbəti məqalədəAsimmetrik ətəklərin geri dönüşü