dəbXanımlar qalın və dəqiq konturlu qaşları çox sevir. Çünki belə qaşlar almacıqları vizual olaraq daha incə görünməyini təmin edir. Bəzi xanımlar öz təbii qaşlarına əl vurmadığı halda, bəziləri isə süni yollarla qaşlarını qalınlaşdırıb üzündə təbii görünüş əldə etməyə çalışır.
İncə qaşlar qalınlaşdırıldı. Makiyaj və ya qalıcı maddələrin tətbiqi ilə daha da vurğulandı. Nə qədər qalın, nə qədər qara, bir o qədər cəlbedici qaş meydana gəldi.
Əlbəttə, təbiiliyi əvəz edəcək bir şey yoxdur. Ancaq son zamanlarda biraz fərqli qaş modelləri gündəmə gəldi, çünki üzündəki tək diqqət nöqtəsinin qaş olması insana sərt bir ifadə qatdığı qənaətinə gəlindi.
Boşluqları doldurulmuş, döyməli, yuxarıya doğru daranmış qaşları daha təbii şəkildə təmizlənən, təbii boşluqları olan seyrək qaşlar əvəz etməyə başladı.
Sonra bir addım daha atıldı və xanımlar qaşlarının rəngini açmaq üçün internetdə axtarışa başladılar.
Bunu “Pinterest”in 2020-ci il axtarışlarından bilirik. Rəngi açılmış və görünməz kimi qaşlar haqqında çox axtarış aparılıb.  İnsanlar açıq rəngli qaşların necə görünəcəyini  görmək istəyirdilər.
Açıq rəngli qaşların diqqəti cəlb etməsinin ən vacib səbəbi, şübhəsiz moda nümayişləridir.
Son illərdə bir çox marka moda nümayişlərində qaşları açıq rəngdə olan modellərdən istifadə edilir. Belə olduqda modellərin üzləri daha ifadəsiz olur.
Tamamilə ağardılmış qaşlar əlbəttə ki, olduqca risklidir. Xüsusilə platin saçlı və ağ dərili insanlara yaraşan bu qaşların insanı solğun və xəstə göstərməsi bir həqiqətdir.
Bunun üçün xüsusi qaş boyaları da mövcuddur. Bəzi insanlar qaşlarına soda və limon tətbiq edir, daha sonra günəşdə gözləyərək qaşlarının rəngini açır. Amma bunu da tətbiq edərkən diqqətli olmaq lazımdır. Səhv açsanız, həftələr boyunca qəribə rəngli qaşlarınızla yaşamalı olacaqsınız.
Qaş rəngini ən düzgün şəkildə necə açacağınızı soruşsanız, ehtiyatlı olmağı unutmalısınız deyəcəyik. Əlbəttə ki, qaşlarınızı tamamilə üzünüzdən silmək və ya yumurta sarısı qaşlarını almaq istəmirsinizsə, qaş boyasından və ya allergiyanız yoxdursa, saçınızın rəngindən bir neçə ton daha açıq olan saç boyası istifadə etmək yaxşıdır. Boyanın kül tonlarında olması çox vacibdir.
Kiçik bir qabda fındıq ölçüsündə boyanı eyni nisbətdə (bir neçə damla) oksidanla qarışdırıb qulaq çöpü ilə tətbiq edə bilərsiniz.
Qaşınızın hər yerinə tətbiq etdikdən sonra açılmağa başlayandan dərhal sonra yoxlamalı və yuyulmalısınız. Bunun üçün orta hesabla 1 dəqiqə kifayət edəcəkdir. Qaşlarınızı yuduqdan sonra yoxlaya bilərsiniz və istədiyiniz miqdarda açılmayıbsa, eyni şeyi yenidən edə bilərsiniz. Çox açılan qaş rənginin yenidən əvvəlki kimi olmaması səbəbindən bu üsul daha məntiqli olacaqdır.
Boyamaq istəməyənlər üçün makiyajla qaş rəngini açma üsulu da var. Qaşlarınızı tonal krem və ya örtücü ilə rəngini dəyişdikdən və üzərinə pudra tətbiq etdikdən sonra öz qaş rənginizdən açıq tonda olan qələm ilə vurğulaya bilərsiniz.

Əvvəlki məqaləAilə yoxsa uşaq problemi?
Növbəti məqalədəAiləvi yeməyin əhəmiyyəti