qadın

Necə olur ki, 50 yaşlı yaponlar 35 yaşlı kimi görünür. 70 yaşda isə onlar turist kimi dünya turuna çıxırlar?
 
Bir yaponun nə qədər çox yaşı varsa, bir o qədər onun dəqiq yaşını təyin etmək çətin olur. Onlar 90 yaşına kimi aktiv, qıvraq olur.
1. Düyü, balıq, dəniz yosunu, tərəvəz, paxla, yaşıl çay, soğan sousu yeyin. Dəniz məhsullarını bol edin.
2. Gündə qaralmadan qaçın
Günəş dərini, saçları qurudur, insanı tez qocaldır. Yaz aylarından mütləq günəşdən qorunma kremləri çəkmək, yayda şlyapa ilə gəzmək lazımdır.
3. Hər yerə piyada gedin
Liftdən istifadə etməyin, gündə 100 pilləkən düşüb qalxın. Yaşadığınız məhəllədə velosipedlə gəzin. Səhərlər qaçış edin.
4. Uşaq kimi hər şeylə maraqlanın
Təəccüblənməyi unutmayın, hər an yeni bir şeylər öyrənin. 70 yaşında belə uşaq kimi hər şeyə maraq göstərin. Həyat darıxdırıcı deyil. Siz bilmədiyiniz hələ çox şeylər var.