İqtisadi böhranın ən çox sekslə məşğul olunan zamanlardan biri olduğunu bilirsiniz?

Ən çox nə vaxt sevirşirsiniz?

Əvvəlcə ekosisteminiz

İnsanın ehtiyacları bəllidir. Yeməsək acarıq, içməsək susayarıq, yatmasaq sinirimiz pozular, sevişməsək depressiyaya düşərik. Buna görə də, bizim ekosistemimizin əsasını bu üç ünsür tamamlayır: qarnını doydur, susuzluğunun qarşısını al, sinir və depressiyana qalib gəl. Bunlar elə bir faktorlardır ki, həyatımızı sanki idarə edir. Biri çatışmayanda problem yaranır. Digər iki ünsürü kənara qoyub əsas mövzumuz olan seksə diqqətimizi verək. Nə vaxt seks? Hansı dönəmlərdə seks daha uğurludur? Bu sualların cavabı elə ekosisteminizin içərisindədir.

Ən ehtiraslı saatlar

Seks haqqında ən çox düşünülən, ən çox maraqlanılan saat axşamüstü 16:33-dür. Amma araşdırmalara görə, bu zamanda düşünülsə də, sekslə məşğul olunmur. Daha çox 19:37 sevişmək üçün daha uyğun zamandır. Ən çox sevişilən günlər 44% şənbə, 24% bazar günü, 22% insan isə cümə günü axşam sevişməyə üstünlük verir. 45% cütlük isə sevişmək üçün plan qururlar: “səhər tez oyanmalıyam, indi yox…, şənbə günü sevişə bilərik” və s.

Ən ehtiraslı mövsümlər

Araşdırmaların nəticəsi olaraq yaz fəsli sevişmək üçün ən yaxşı fəsildir. Günəş işıqları nə qədər dik düşərsə, seks də beynə bir o qədər təsir edər. Yaydan sonra 16% qış, 14% payız və 12% yaz ayları sevişmək üçün uyğun fəsildir.

Əvvəlki məqaləKişilər yataqda nədən qorxur?
Növbəti məqalədəWomenshealthaz – dan sağlam yemək reseptləri