ana-bala

Oksitosin hormonunun əmizdirmə prosesində olan rolu haqqında çox yazılıb, çox araşdırmalar aparılıb.

“Sevgi hormonu” adlandırılan bu hormon, insan həyatının ən vacib anlarında ona dəstək olaraq, digər hormonlarla əlbir olaraq bəşəriyyətin davam etməsinə, analıq hissinin yaşamasına, körpələrə isə dünyada ən şirin və ləzzətli olan ana südü ilə bəslənməsinə imkan yaradır.

Doğuş zamanı ananın keçirtdiyi sancılar oksitosin hormonunun hesabına baş verir. Körpənin dünyaya gəlməsinə yardım edən oksitosin hormonu körpəni xaricə doğru itələməsini təmin edir. Körpə həmən doğulandan sonra ananın sinəsinə qoyulmalıdır və ana ilə körpənin dəri təması təmin olunmalıdır. Körpənin ananın sinəsi üzərində olması, həm ona ürək döyüntüsü və hərarətini nizamlamağa yardım edir, həm də oksitosin hormonunun artması ilə ananı yeni bir mərhələyə hazırlaşdırır. Bu mərhələdə körpə uzun çətin yoldan sonra dinlənib, artıq əmmək üçün hazır olduğunu göstərir və ilk ağuz südü damcılarını alır.  Bu təbii və vacib olan məqamlar ana və körpə arasında oksitosin hormonu sayəsində mükəmməl bir bağlılıq yaradır.

Kyoto Universitetindən olan Yapon alimləri yeni doğulan analarla bir araşdırma apardılar və əmizdirməyin digər bəslənmə növləri ilə müqayisədə başqa bir əhəmiyyətli üstünlüyə sahib olduğunu tapdılar. “Ridus” elmi təcrübənin nəticələrinin Biology Letters jurnalında dərc olunduğunu yazır. Tədqiqat çərçivəsində mütəxəssislər təbii oksitosin səviyyələrinin ananın davranışına təsirini yoxlamaq qərarına gəldilər. Bunu etmək üçün qadınlara əmizdirmədən əvvəl və sonra insan reaksiyalarını izləyən insan üzlərinin şəkillərini göstərdilər. Nəticədə mütəxəssislər daha çox oksitosin ifraz edən qadınların pozitiv üz ifadələrini, əksinə sevgi hormonu az ifraz edən anaların mənfi ifadələri daha çox tanıdıqlarını tapdılar. Gələcəkdə elm adamları, doğuşdan sonra qadınlarda doğuşdan sonrakı depressiya kimi ortaya çıxan psixoloji problemlərə həll yollarını tapmaq üçün araşdırmalarının nəticələrindən istifadə etməyi planlaşdırırlar.

“Məqsədimiz, doğuşdan sonra analarda baş verən qavrama və psixoloji dəyişiklikləri anlamaqdır. Tədqiqat rəhbəri Masako Meva “Tədqiqat göstərir ki, oksitosin səviyyələri bu dəyişiklikləri başa düşmək üçün vacib bir amil ola bilər ”dedi.

Elm adamları oksitosin hormonunun ifrazının ana ilə uşaq arasındakı əlaqəni gücləndirdiyini, eyni zamanda qadının davranışına və başqalarını qəbul etməsinə təsir etdiyini qeyd etdilər. Oksitosin hormonu digər insanlarla münasibətlərinizi, mənfi duyğuları, stresi və narahatlığı idarə etməyinizi və müsbət üz ifadələrinin tanınmasını yaxşılaşdırır.

Bu araşdırmalar anaların nə qədər həssas olduğunu, doğuşdan sonra ananın halına təsir edən müxtəlif hormonal dəyişikliklərin onun psixoloji vəziyyətinə təsir etdiyini bir dəfə də sübut edir.  Bu həssas dönəmi daha rahat keçməsi və körpəsinə daha yaxşı qulluq etməsi üçün hər bir ananın ətrafdakı insanların, xüsusilə ailə üzvlərinin dəstəyinə ehtiyacı var. Ana sevgi və qayğı ilə əhatə olunsa, özünüinamı artar və analıq kimi yüksək vəzifənin öhdəsindən daha gözəl şəkildə gələ bilər.

Əvvəlki məqaləQadın bədəninin bilinməyənləri
Növbəti məqalədəHər dəfə yeməkdən sonra etdiyiniz təhlükəli səhvlər