Eşqlə başlayan əlaqənizi fərqində olmadan etdiyiniz bəzi davranışlar təhlükəyə sala bilər. Budur o davranışlar …
Biz qadınlar təbiətimizdən irəli gələrək bəzi şeyləri bir az şişirdər və ya gərəyindən çox həssas davrana bilərik. Bu davranışlarımız bəzən kişiləri hövsələdən çıxara bilər. Yaxşı, nədir qadınların özlərinə mane ola bilməyib etdiyi və əlaqələri iflasa uğradan bu səhvlər …
Əlaqəni məhv edən pis vərdişlər
Ən kiçik şeylərə küsmək və günlərlə danışmamaq
Kişilər çox tez unutduqları üçün ümumiyyətlə uzun müddət kin tutmurlar və dərhal unudurlar. Ancaq biz qadınlar kiçicik bir səhvi belə bağışlamayıb günlərlə ona “sifət” göstərərək onun səhvini anlamasını istəyirik.
 
Gərəksiz qısqanclıqlar 
Azadlıqlarına xeyli düşkün kişiləri həddindən artıq qısqanclıqlar çox stressə salar. Davamlı telefonunu qarışdırmaq, ortaq yoldaşlarınızdan məlumat almağa çalışmaq,  ona özünü MTN agentləri tərəfindən təqib edildiyi hissini verir və bu heç bir kişinin xoşuna gəlməz. Ona güvən duyduğunuzu hiss etdirin və casus kimi davranmaqdan imtina edin.
Yoldaşlarının yanında onu hörmətdən salmaq
Kişilər bəzən bizim düşündüyümüzdən daha çox həssas ola bilərlər. Xüsusilə ailələrinin və yoldaşlarının yanında. Dost məclislərində onun bəzi zəifliklərindən danışmağınız ya da onu alçaldıcı ən kiçicik bir sözünüz belə onun bir anda yerlə bir olmasına səbəb ola bilər.
 
Anasını pisləmək ya da ailəsini sevmədiyini söyləmək
Analarımız hamımızın ən qiymətli varlıqlarıdır təbii ki heç kimə onlar haqqında pis söz söylətdirmərik. Bəli, onun anasını sevməsəniz belə onu təhqir etməyə ixtiyarınız yoxdur.Necə ki, bizim anamız bizə əzizdir,onun anası da ona…Heç bir kişi anası və sevdiyi insan arasında seçim etmək məcburiyyətində qalmamalıdır.
 
Alış-veriş  mərkəzlərində onu arxanızca gəzdirmək
Alver etmək qadınlar üçün inanılmaz ləzzətli və xoşbəxtlik verici bir fəaliyyəti ola bilər. Amma əmin olun ki,bu, kişilərə eyni duyğuları yaşatmır. Bu səbəblə kişilər ümumiyyətlə alver edən qadınlar ilə uzun saatlar keçirməkdən çox xoşlanmırlar. Bir ayaqqabı mağazasında saatlarınızı keçirəcəyinizə ya da çantanın neçə gözü var deyə uzun araşdırma aparacağınızdan əminsinizsə yoldaşınızı bu işə heç qarışdırmayın. Buraxın sizin alış-veriş edərkən o yoldaşları ilə vaxt keçirsin, siz də rahat alış-veriş edin.
Əvvəlki məqaləZövqlü geyindiyinizi göstərən amillər
Növbəti məqalədəGözəllik kriteriyası