Payızın gəlməsi ilə birlikdə ağaclarda  özünü topa-topa göstərən faydalı bir  meyvə olan zoğal.
Qurutulmuş meyvələrdən xaric mürəbbə, cem, kompot olaraq tükədilən zoğal tərkibində çoxlu mineral və vitamin, bol miqdarda C vitamini istehsal edən antioksidant bir meyvədir.
Ürək sağlığını  qoruyur, hücüyrələrin yenilənməsinə yardımçı olur, sümük və diş çürüməsinin qarşısını almaqda yardımçı olur.

1 böyük banka.

10 dəqiqəyə hazırlanır.

1 saata  bişir

Zoğal mürəbbəsi  üçün lazım olan ərzaqlar:

  • 1 kq zoğal,
  • 750 q şəkər tozu,
  • 1/2 su stəkanı su,
  • 1 şirniyyat  qaşığı  təzə  sıxılmış limon suyu

Zoğal mürəbbəsinin hazırlanma qaydası:

  • Sap hissələrini arıtladığınız zoğalları  bol suda yuyun.
  •  Artıq sularını aşsüzəndən süzüb bir qazana yığın.
  • Toz şəkərlə qarışdırıb qapalı qabda saxlayın. ( zoğalların  bir gecə   şəkərdə qalmasında fayda  var).
  • Şəkərdə saxladığınız zoğalları az miqdarda su əlavəsiylə qaynamadın.
  • Qaynayıb göz -göz olmaya başladığında vam atəşdə  45-50 dəqiqə qədər ara- ara kontrol edərək bişirin.
  • Qazanın üzərinə  çıxan köpükləri bir qaşıq  yardımıyla alın.
  • Qaşığın ucuyla mərmər bir zəminə damlatdığınız mürəbbə  dağılmır və top şəklində qalırsa  hazır deməkdir.
  • Bişirmə işləminin sonuna doğru hazır olan mürəbbəyə təzə  sıxılmış limon suyunu əlavə edib  ocaqdan alın.
  • Əvvəlcədən  qaynadılmış, təmiz və quru bir  banka  doldurub  qapağını  möhkəm bərkidin.
  • Tərs çevirib soyuması üçün gözlədin.
  • Otaq temperaturunda  soyuyan   mürəbbə  isti  və işıq olmayan qapalı  bir yerdə muhafizə  edin.
  • İstifadə etməyə başladığınızda arzuya görə soyuducuda mühavizə edərək qəhvəaltınızda istifadə edə bilərsiniz.
Əvvəlki məqaləPendirli avokado salatı
Növbəti məqalədəNiyə cütlüklər bir-birinə oxşayır?