Sevdiyim skrabları təqdim etməmişdən öncə gəlin aydınlaşdıraq ki, skrab nədir.
Dəri baxımında önəmli rolu olan skrab dərini ölü dəri hüceyrələrindən təmizləyən, dərinin nahamarlıqlarını aradan qaldıran vasitədir. Skrabdan sonra dəri adətən yumşaq, təmiz, nəmlənmiş olur. Dərimizdə olan və gündəlik kosmetikadan, çirkli havadan dolan məsamələr təmizlənir və açılır. Skrabın adi üz yuma gelindən fərqləndirən – onun tərkibindəki sərt dənəciklərdir. Bu geli üzümüzə sərt olmayan dairəvi hərəkətlərlə tətbiq edirik – daha sonra dərimizi yüngül masaj edərək – ilıq su ilə üzümüzü yaxalayırıq. Həftədə 1-2 dəfədən çox olmamaq şərti ilə üzü skrabla yumaq lazımdır.
Dərisi həssas olan xanımlar, dənəcikləri xırda olan skrablardan istifadə etməyi məsləhətdir.

Skrab nədir?
Keçək son zamanlar istifadə edib, çox sevdiyim skrablara.
Hal hazırda məndə olan skrablar  Чистая линия “Абрикосовые косточки”, The Body Shop Seaweed pore cleansing exfoliator və Yves Rocher Hydra Vegetal.

Çistaya liniya – bu skrabı çox sevdim demək olmaz. Dənəcikləri iridir və krem şəklindədir. Mən bunu əsasən bədənimdə istifadə edirəm. Həssas dərili xanımlar ümumiyyətlə məncə uzaq dursunlar. Qiyməti çox münasibdir, marketlərdə, kosmetika dükanlarında asanlıqla tapmaq olar. Amma dediyim kimi, dəriniz həssas deyilsə.

The Body Shop Seaweed pore cleansing exfoliator – haz-hazırda favoritim olan bu skrabı çox sevirəm.  Dərim bu skrabdan sonra çox yumşaq, nəmlənmiş olur. Əlimi üzümə vurmaqdan doymuram. Gel şəklindədir, dənəciklər xırdadır, dərini zədələmir. Qarışıq və yağlı dərilər üçün nəzərdə tutulub. Mənim dərimdə T zona yağlıdır, digər hissələr isə quru. Lakin mən dərimdə hər hansı narahatçılıq və ya qurulur, dartınma hiss etmirəm. Bu skrabdan sonra hətta nəmləndirici istifadə etmək istəmirəm.

Yves Rocher Hydra Vegetal – bu seriyanın krem maskasını da əldə etmişəm. Gel şəklindədir, dənəcikləri olduqca kiçikdir, qoxusu çox gözəldir. Maskasi ilə birlikdə istifadə etdikdə gözəl nəmli üz dərisi əldə etmək olur. Sevdiyim məhsuldur, gördüyü işin qarşığında qiyməti də olduqca münasibdir.

Əvvəlki məqaləİnsanı ən tez qocaldan 7 amil – allergiya, şirniyyatlar, az təqaüd…
Növbəti məqalədəDərini nəmləndirən və cavanlaşdıran içki