sağlam saçlar

Gözəl saçlar yalnız yaxşı qulluğun deyil, həm də düzgün qidalanmanın nəticəsidir. Şirniyyat və fəstfuddan imtina etmək hamının xoşuna gəlmir, amma keyfiyyətli qidalanmanın üstünlükləri danılmazdır. Saç folekulları tez-tez dəyişir, onların faydalı maddələrə ehtiyacı var. Kalori məhdudlaşdırması nəticəsində vitamin, mineral, zülal, yağ turşuları azalır, bu, saç və baş dərisi strukturunda dəyişikliklərə, hətta saçların vəziyyətinin pisləşməsinə səbəb olur. Bəs saçların sağlam görünməsi üçün nə yeməliyik?

Dəmir

A vitamini

B qrupu vitaminləri, xüsusilə В6 və В12

D vitamini

Omeqa-3 yağ turşuları

Sink

Selen

Maqnezium

Sağlam qidalanmaya baxmayaraq, saçlar tökülməyə və solğunlaşmağa davam edirsə, bu, daxili orqanların xəstəlikləri ilə bağlı ola bilər. Məsələn, tiroid vəzi. Bu halda həkimə müraciət etmək lazımdır.

1. Qoz

Araşdırmalar göstərib ki, Omeqa-3 və Omeqa-6 yağ turşuları saç tökülməsinin qarşısını alır və onların artımını stimullaşdırır. Bundan başqa, qoz yağı baş dərisi və saç folekulları üçün təbii elementdir. Qoz B və E vitamini, həmçinin sinklə zəngindir. E vitamini saç üçün xüsusilə faydalıdır, o baş dərisinin iltihablanmasının qarşısını alır və hüceyrələrin sağlam qalmasına kömək edir.

2. Stridiya

Araşdırmalara görə, yer üzündə insanların 80% -i dəmir çatışmazlığından əziyyət çəkir. Hətta dəmir səviyyəsinin çox az dəyişməsi də saçlara mənfi təsir göstərə bilər. Dəmirin ən zəngin mənbələri bunlardır: qırmızı ət, göyərti, taxıl məhsulları, paxla və yumurta. Amma onun ən güclü mənbəyi stridiyadır. Onların hər birində 4,5 mq dəmir və 14 mq sink var.

3. İspanaq

İspanaq da əla dəmir mənbəyidir. Bundan başqa, o, fol turşusuyla, A və C vitaminləriylə zəngindir, Sonuncu saçların möhkəmlənməsi və kollagen sintezi üçün vacibdir.

4. Mal əti

Qırmızı ət Omeqa-3, dəmir və yağ turşularıyla çox zəngindir. Bir kiçik porsiyada 2 mq dəmir, 6 q faydalı doymamış yağlar və 22 q zülal var.

5. Yumurta

Zülal və biotin mənbəyi olan yumurta saç üçün çox vacibdir. Bundan başqa, onda D vitamini olur.

6. Qızıl balıq

Yağlı balıq Omeqa-3, zülalla, D vitamini ilə və yağlı turşularla zəngindir. Bu komponentlər baş dərisinin vəziyyətini yaxşılaşdırır və saçların yaxşı görünməsini təmin edir.

Əvvəlki məqaləUlduz falı – 17 iyul
Növbəti məqalədəİstədiyi saç rəngini əldə edə bilməyənlərə MÜJDƏ – Qabyuyan şampun ilə…