Qarpız – yayda ən yaxşı sərinləşdiricidir. Bir çox aşpazlar  salatlarının tərkibinə qarpız əlavə edirək dadlı yay salatları hazırlayırlar. Sizin üçün 3 qarpızla asanlıqla hazırlana bilən salat resepti paylaşırıq.

Xiyar ilə qarpız salatı

Qarpızla yay salatı

Tərkibi

Doğranmış qarpız – 250 qr

Xiyar – 1 ədəd

Duru yağ – 2 çay qaşığı

Limon suyu – 1 çay qaşığı

Duz, istiot – zövqə görə

Nanə budağı- zövqə görə

Hazırlanması

Qarpızı kub şəklində doğrayırıq. Xiyarın qabığını soyub xırda doğradıqdan sonra üzərinə yağ və limon suyu əlavə edirik. Ən sonda zövqə görə nanə budaqları əlavə edə bilərsiniz.

Feta pendiri və reyhan ilə qarpız salatı

Салат из арбуза с сыром Фета и базиликом

Tərkibi

Orta ölçülü qarpız – 1 ədəd

Feta pendiri – 200 qr

Reyhan

Zeytun yağı – 3 xörək qaşığı

Üzüm sirkəsi – 3 xörək qaşığı

Qırmızı soğan – 1 ədəd

Hazırlanması

Qarpızı üçbucaq formada doğrayırıq. Pendiri nazik dilimlərə bölürük. Boşqaba qarpızları və feta pendirlərini yığırıq. Üzərinə soğanı yumru şəkildə doğrayırıq. Yağı və sirkəni əlavə edirik. Reyhan ilə bəzəyirik.

Qurmanlar tövsiyyə edir ki, qırmızı şərabla dostlarınızı qonaq edə bilərsiniz.

Ananasla qarpız salatı

Qarpızla yay salatı

Ananas – 500 qr

Qarpız – 500 qr

Soğan – 1 ədəd

Laym soku – 2 çay qaşığı

Duru yağ – 2 çay qaşığı

Duz – zövqə görə

Doğranmış keşniş – 100 qr

Hazırlanması

Qarpız və ananas soyuducuda saxlandıqdan sonra kub şəklində doğranır. Soğan doğranılır və üzərinə keşnik, yağ, laym soku və duz əlavə edilir. Hazırlanan kimi dərhal süfrəyə verilməlidir.

Nuş olsun!

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləBundan sonra dəqiq çəkinizi bilmək daha asan olacaq
Növbəti məqalədəOrqanizmin sizə ötürdüyü amma sizin eşitmədiyiniz 7 SOS siqnalı