Hər bir qadının arzusu qarşı cinsin diqqetini cəlb edən çəkici bir imic sahib olmaqdır. İlk baxışda qadınlar imicini dəyişməyə cəhd etməkdən çəkinir. Lakin bunun üçün özünüzə gün ərzində bir neçə extra dəqiqə ayırmaq və müəyyən qadın sirrlərini bilmək kifayyət edərd. Bildiyimiz kimi işgüzar imicə mühafizəkar və işgüzar geyim tərzi sayəsində nail olmaq mümkündür. Əgər maliyyə vəsaitiniz məhduddursa, onda onu kəmiyyətə deyil, keyfiyyətə yönəldin. Dəqiqliklə seçilmiş geyimlər həm işinizin xeyrinə olacaq, həm də şkafınızı lazımsız paltardan azad edəcək.  Ustalıqla və keyfiyyətli materiallardan tikilmiş geyimlərdən müxtəlif variantlarda istifadə edəcəksiniz.

 Geyim tərzi

Klassik tərz. Bu tərz illər ötsə də, yaxşı görünür. Ona görə ki, klassik üslubda tikilmiş geyimlər əbədidir, modanın tendensiyaları kimi dəyişmir. Ciddi, dəyişən dəblərin tendensiyasına uyğun tikilməyən geyimlərin universal elementləri olur. Yaxşı tikilmiş klassik pencəkdən parlaq və dəblidən daha çox istifadə edəcəksiniz. Çünki ikincisi növbəti mövsüm dəbdən düşəcək. Klassik üslublu geyimdə istənilən vəziyyətdə yaxşı görünəcəksiniz. Bir neçə dəbdə olan aksesuar əlavə etməklə müasir görünmək heç də çətin deyil.

Təməl rənglərdən istifadə edin. İşgüzar qarderob əsas «işgüzar rənglərdən» ibarət olmalıdır. İşgüzar qadının qarderobunda qara, göy, tünd göy, zoğalı, qəhvəyi, bej və boz rənglər olmalıdır. İşgüzar kişinin qarderobunda isə tünd göy, göy, boz və bej rənglər. Çox parlaq rənglərdən uzaq olun.

  Rənglərin hakimləri qara, tünd göy, göy, tünd boz və qəhvəyi rənglərdir. Tünd göy xətli kostyum rəhbər vəzifədə çalışanların qarderobunda mütləq olmalıdır. Çünki göy rəng insanı daha yüksək rütbəli, vacib şəxslər kimi göstərir. Ona görə də məsələn, satıcısınızsa, bu rəngli geyimlərdən uzaq olun ki, alıcıları qorxutmayasınız. Bu rənglə bağlı kiçik bir sirri də sizlərlə bölüşürük. O qədər hündürboylu olmayan şəxslər bu rəngdə geyinilmiş kostyum vasitəsilə real boylarından vizual olaraq hündür görünəcəklər.

Kişilərin dominatlıq etdiyi biznes sferasında yerini tapmaq istəyən xanımlar tünd göy, tünd boz rənglərdən istifadə etsə uduzmaz. Əgər hökmran olduğunuzu bəyan etmək istəyirsinizsə, tünd rənglərdən istifadə edin. Daha açıq çalarla tutalım, bej və ya göydən o halda istifadə edin ki, əlçatan və dostcanlı görünmək istəyirsiniz. Unutmayın ki, geyim seçiminə mövsüm və hava əhəmiyyətli təsir edir.

Qara hakimiyyətpərəstliyin rəngidir. Bundan başqa, kişi kostyumlarının rəngidir. Ona görə də bir çox peşə sahiblərinə qara rəngli kostyumdan deyil, aksessuarlardan istifadə məsləhətdir. Tutalım qara kəmər, pulqabı, portfel və ya botinka. Qadınlar isə qara kostyum, yubka, geyim və həmçinin aksessuarlardan istifadə edə bilərlər.

Göybu həm kişilər, həm qadınlara uyğun olan çox münasib rəngdir. Bu rəngdə paltar geyinməyin həmişə yeri var. Tünd göy əsl hakimiyyətin, həmçinin səmimiyyətin və pulun rəngidir. Xüsusilə kişilər üçün. Çox tünd olmayan göy sizin açıqlığınızı və ya əlçatanlığınızı nümayiş etdirməyə qadirdir.

Bozgücü və stabilliyi sərgiləyir. Bu rəngin istənilən çaları kişi və qadın qarderobunun əsas detalları üçün münasibdir. Tünd boz hər iki cins üçün hökmranlıq rəngidir. Açıq boz az rəsmi və daha çox dostcanlığı göstərir.

Qəhvəyi küknar kimi qeyri-hamar olan tvin yəni yun parçalardan tikilmiş kostyumlarda çox yaxşı görünür, nəinki hamar parçalarda. Bu rəng portfel, kəmər və botinka üçün daha əlverişlidir. Qəhvəyi rəngi daha yaşlı nəslin nümayəndələri seçirlər. Doğrudan da bu rəng gənclər üçün o qədər əlverişli deyil.

Bej qadınlar və kişilər üçün çox universal rəngdir. Yay üçün ideal rəng hesab edilir. Həmsöhbətə təzyiq etməyən, xeyirxah rənglərin siyahısındadır. Kişilər bej rəngli kostyumu açıq-mavi köynəklə geyinə bilərlər.

Tünd-qırmızı hökmranlığın rəmzidir. Amma universal görünür. Kişilər tünd qırmızı kəmər, pulqabı və ya portfelə məhdudlaşa bilərlər. Qadınlar nəinki bu rəngdə aksessuarlar taxa, həm də kostyumlar seçə bilərlər.

Qırmızı hansısa vəziyyətlə uyğunlaşa və ya heç uyğunlaşmaya bilər. Bu sahibinin cinsindən, dəqiq seçilmiş çalardan, geyimin növündən və geyimdə əsas rəngin olub-olmadığından asılıdır. Al-qırmızı rəng uzun müddət kral hökmranlığı ilə assosiasiya edilib. Bu rəng modanın rəngidir. Biznesin əsas bir sıra sahələrində ondan əsas rəngi kimi istifadə etmək lazım deyil.

Yaşıl və sarı rənglərdən işgüzar aləmdə istifadə məqsədəuyğun hesab edilmir

Əvvəlki məqaləAfrikasayağı saçlarla necə milyardlar qazanmaq olar?
Növbəti məqalədəBürcler və seks