hmiləlikBütün digər orqan və sistemlər kimi qadının cinsiyyət sistemi də beyin tərəfindən idarə olunur.
Bu səbəbdən qadının psixoloji durumu onun cinsiyyət sisteminin normal fəaliyyətinə, menstrual dövrünə, ana olmaq qabiliyyətinə böyük təsir edir. Çox güclü qısamüddətli stress (yaxınların ölümü, ağır xəstəliyi, boşanma və s.) və ya ağır xroniki streslər hətta menstruasiyanın tam kəsilməsinə səbəb ola bilər.
Ginekologiyada “psixogen sonsuzluq” kimi bir termin var. Bu sonsuzluq zamanı ginekoloji baxımdan tam sağlam və hamiləlik üçün heç bir əngəli olmayan qadın psixoloji durumunda olan pozulmalara görə hamilə qala bilmir.
Bu hal hamiləliyi həddindən artıq arzulayan, yalnız bu haqda fikirləşən qadınlarda inkişaf edə bilər. Daim ovulyasiya günlərini sayan, saysız ovulyasiya və hamiləlik testlərini edən belə qadın  özü özünü dərin stres vəziyyətinə salır ki, nəticədə hamilə qala bilmir.
Digər tərəfdən şüuraltı olaraq hamiləlikdən və doğuşdan dəhşətli qorxan, yaxşı ana ola biləcəyinə inanmayan qadında da psixogen sonsuzluq inkişaf edə bilər.
Ciddi maliyyə problemləri, borclar, daimi işin olmaması və s. kimi stress-amillər də qadının psixikasına təsir edərək onun reproduktiv sistemini “söndürə” bilər ki, nəticədə sağlam qadında hamiləlik baş tutmaya bilər.
Psixogen sağlamlığı ginekoloq tərəfindən deyil, psixoloq və ya psixoterapevt tərəfindən müalicə olunmalıdır.
Əgər lazım olan müayinə və analizlərdən sonra cütlükdə sonsuzluq üçün heç bir səbəb tapılmazsa, onlar psixoloqa müraciət etməlidir.
Psixoloqlar psixogen sonsuzluğu olan qadına hamiləlik haqqında bir müddət fikirləşməməyi tövsiyə edirlər. Bəzən iş yerinin, evin dəyişilməsi, məzuniyyət, təbiət qoynuna səyahət də qadına psixogen sonsuzluq problemindən azad olmağa kömək edə bilər.
Psixoloq hamiləlikdən və doğuşdan qorxan qadınlarla söhbətlər edir, bu qorxulardan azad olmağına yardım edir

Əvvəlki məqaləRadxa Qiri Matacidən məsləhətlər
Növbəti məqalədəHamilə qadınlar niyə duzlu qidalar istəyir?