Toksinlərin, yəni zəhərli maddələrin bədəndə yığılıb qalması ciddi sağlamlıq problemlərinə yol açdığı üçün mütləq onlardan xilas olmaq lazımdır. Əlbəttə, bunu təbiətin bizə bəxş etdiyi meyvə-tərəvəzlərlə etmək ən mükəmməl vasitədir.

LİMON və CƏFƏRİ

Mütəxəssislər gecə bir stəkan ilıq suyun içinə limon dilimi və bir neçə tel cəfəri qoyub səhər yeməyindən əvvəl içilməsini məsləhət görür.

Orqanizmi toksinlərdən təmizləyən qidalar

KƏLƏM

Kələm suyunun dadı xoşagəlməz olduğu üçün içinə limon sıxaraq içə bilərsiniz. Belə ki kələm yarpaqlarını qaynadıb həmin sudan bir stəkan səhər yeməyindən əvvəl içinə limon sıxaraq içmək olar.

Orqanizmi toksinlərdən təmizləyən qidalar

YAŞIL ÇAY

Yaşıl çay təbiətdə ən güclü antioksidant gücə sahib olan nemətdir. Yaşıl çay bədəndə yığılan toksinləri asanlıqla sidik yolu ilə çıxarır. Gündə ən azı 2 stəkan içə bilərsiniz.

Orqanizmi toksinlərdən təmizləyən qidalar

ROZMARİN

Təkcə bədəndə olan toksinləri atmır, həm də zərər dəymiş hüceyrələrin yenilənməsinə kömək edir. Ən çox oksigen beyin və ürəkdən alınır ki, orqanizmin sağlam işləməsi üçün bütün bədənə paylansın. Odur ki, mütəxəssislər gündə bir stəkan rozmarin çayı içməyi məsləhət görür.

Orqanizmi toksinlərdən təmizləyən qidalar

POMİDOR

Tərkibində olan beta-karoten, likopen, fol turşusu və A vitamini sayəsində güclü antioksidant təsirə malikdir. Dərmansız yetişdirilən pomidorlardan gün ərzində ən çox 5 ədəd yeməklə bədəndəki bütün toksinləri atmağa nail olarsınız.

Orqanizmi toksinlərdən təmizləyən qidalar

ZƏNCƏFİL

Bədənin istilik səviyyəsini artıran zəncəfil tər vəzlərini və limfa sistemini işlədərək hormonları artırır. Bədəndəki toksinləri ataraq qanı təmizləyir.

Orqanizmi toksinlərdən təmizləyən qidalar

AĞ ÜZÜM

Bədəndəki tullantı maddələrlə mübarizə aparan döyüşçüdür. Hər gün və orta miqdarda qəbul edildikdə, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır.

Orqanizmi toksinlərdən təmizləyən qidalar

ÇUĞUNDUR

Qara ciyər və bağırsaqları mükəmməl təmizləyir. İstənilən formada yeyə bilərsiniz. Çuğundur ateroskleroz və yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün çox faydalıdır.

Orqanizmi toksinlərdən təmizləyən qidalar

ALMA

Bu meyvənin tərkibində olan pektin bədəndə yığılıb qalan ağır metallarla mübarizə aparır. Alma virus, qrip və kəskin tənəffüs yolu infeksiyalarının qalıqlarının öhdəsindən məharətlə gəlir.

Orqanizmi toksinlərdən təmizləyən qidalar

KƏTAN TOXUMU

Bu kiçik toxumlar çox güclü antioksidantlardır. Orqanizmi təkcə omega-3 ilə təmin etmir, həm də xolestroldan xilas olmağa kömək edir. Həmçinin yaşlanma prosesini yavaşlatmaq, arıqlamaq, qan damarları və beynin işini yaxşılaşdırmaq istəyirsinizsə, mütləq kətan toxumu için.

Orqanizmi toksinlərdən təmizləyən qidalar

SARIMSAQ

Sarımsağın tərkibində olan maddələr qan və tənəffüs orqanlarını təmizləyir. Nikotinlə aktiv mübarizə aparır.

Orqanizmi toksinlərdən təmizləyən qidalar

KƏPƏK

Bağırsaqda çürümüş, zəhərli maddələrin yığılıb qalmaması üçün ac qarına 1 xörək qaşığı kəpəyi 1 stəkan suyla içmək olar.

Orqanizmi toksinlərdən təmizləyən qidalar

Mənbə: sm-news.ru

Əvvəlki məqaləBaxımlı görünmək üçün necə geyinməli?
Növbəti məqalədəƏtəyinizin uzunluğu nə qədərdir?