Dəb sənayesi dünyanın özü kimi hər an dəyişməkdədir, lakin bu dəyişkənlik son illər ərzində iqtisadi və texnoloji yeniliklər əsasında sürətlənməkdədir.
İndiki dövrdə dəbli geyimlərin nə olduğunu müəyyənləşdirən Paris, London, Milan və New York-un nüfuzlu dizayn evlərinin qərarları ilə yanaşı, məşhurlar, sosial media və təhqiqatçıların də təsiri mühümdür.
Son illərdə sosial mediada nəhəng nüfuza sahib olan Kylie Jenner və Gigi Hadid kimi məşhurların dəb sənayesinə təsiri hiss olunur.
Bazarlarda dəyişikləri təhlil edən təhqiqatçılar isə müxtəlif ölkələrdə satışları illərlə öncədən proqnozlaşdırırlar.
Rəqabət artdıqca dəb sənayesindəki ənənəvi strukturlar fəaliyyətini bu cür müxtəlif qüvvələrin təsiri ilə dəyişməkdədirlər.

şhurlar
Yeni kolleksiyaların mənbəyinin hələ də Channel və Dior kimi nəhəng dəb evləri olmağına baxmayaraq, on milyonlarla təqibçiyə sahib olan məşhurların təsiri artmaqdadır.

Cara Devigne

Model və aktrisa Cara Devigne-nin Instagram-da milyonlarla təqibçisi var və bəzi dəb təhlilçiləri qaş implantasiyalarının məşhurlaşmasının arxasında onun təsirinin olduğunu iddia edir.

Khloe Kardashian, Kendall Jenner, Kourtney Kardashian, Kim Kardashian West and Kylie Jenner

2010-cu ildə qadınların sevdiyi, lakin kişilərin nifrət etdiyi dəblər barədə yaratdığı Man Repeller (Kişi Qovan) adlı bloqu ilə sosial mediada populyarlaşan Leandra Medine kimiləri isə internetdəki məşhurluqları ilə dəb dünyasında yeni nüfuza sahib olmaqdadırlar.

Leandra MedineFotonun müəllifiLARRY BUSACCA/ GETTY IMAGES
Image captionLeandra Medine moda bloqu ilə məşhurlaşıb.

Məşhurların dəb dünyasına bilavasitə təsirinin nümunələri heç də az deyil. Müğənni Taylor Swift-in ağ rəngli Balmain geyimində şəkli dərc olunduqdan sonra 24 saat ərzində bu don tamamilə satılmışdı.

Taylor SwiftFotonun müəllifiJON KOPALOFF/ GETTY IMAGES
Image captionMüğənni Taylor Swift-in ağ rəngli Balmain geyimindəki şəkli, bu donun satışlarını kəskin şəkildə artırdı.

2010-cu ildə isə şahzadə William-ın həyat yoldaşı Kate Middleton-un nişan mərasiminə geyindiyi göy rəngli paltar onun satışını kəskin şəkildə artırdı.
Buna hətta “the Kate Middle Effect” (Kate Middleton effekti) adı verilmişdi.

Kate Middleton və şahzadə WilliamFotonun müəllifiBEN STANSALL/ GETTY IMAGES
Image captionKate Middleton və şahzadə William

Proqnozlar

Dəb proqnozçuları mədəniyyət və alternativ mədəniyyətlərin gələcəkdə dəbə təsirini proqnozlaşdırırlar.
Bunu etmək üçün onlar adi insanların “küçə geyimləri”ni və sosial şəbəkələri araşdırırlar.
Buna səbəblərdən biri, sosial medianın ənənəvi strukturlara yaratdığı alternativlərdir.
Artıq insanlar sosial mediada külli sayda təqibçi toplayaraq özlərinin yaratdığı dəblərin populyarlaşmasına imkan yarada bilirlər.
Bu isə ənənəvi dizaynerlərin yaratdığı dəb geyimlərinin əvvəlki idarəçi qüvvəsi üçün rəqabət yaradır.

Boorkly Beckham

McKinsey kimi konsaltinq şirkətləri isə iqtisadi məlumat bazalarını müşahidə edərək dəb sənayesinin necə dəyişdiyini proqnozlaşdırırlar.
McKinsey & Company şirkəti ən son “Dəbin Vəziyyəti” hesabatında qeyri-müəyyənlik və qlobal iqtisadiyyatda dəyişkənliklə yanaşı, internet vasitəsilə artan rəqabətliyin dəb sənayəsinə dərin təsiri olduğunu bildirib.
Hesabatda dünya iqtisadiyyatının getdikcə Asiyaya doğru istiqamətləndiyi və bunun dəb sənayesinə də təsir göstərəcəyi qeyd olunur.
İnternet ticarət şəbəkələrində kəskin artıma sahib çıxan yeni şirkətlərlə rəqabət aparmaq üçün isə, ənənəvi brendlər də onlayn xidmətlərini müasirləşdirərək yeni geyimlərin dizayn mərhələsindən satışa çıxması sürətini artırmağa çalışırlar.

Paris Moda Həftəsi, oktyabr 2017

Bir kolleksiyanın dövriyyəsi
Dəb, texnologiya və sosial media inkişaf etdikcə trendlərin tez-tez dəyişməsi artıq o qədər də təəccübləndirici deyil.
Yaradıcılıq prosesi təxminən belə reallaşır:

  1. Trend proqnozçuları: İnformasiya və mədəniyyət təhqiqatçıları illərlə qabaqda nəyin dəbdə olacağını proqnozlaşdırırlar.
  2. Dəb evləri: Proqnozçuların topladığı məlumat və dəb evləri dizaynerlərinin yaradıcılığı birlikdə 30-120 hissədən ibarət kolleksiyanın hazırlanmasına xidmət edir.
  3. Nümunəvi kolleksiya və görünüş kitabı: bu nəşrlər dəb evləri tərəfindən hazırlanır və dəb alıcılarına paylanır.
  4. Kolleksiyalar ildə iki dəfə buraxılır: Yaz/Yay və Payız/Qış kolleksiyaları. Dəb həftələri sezonun başlanmasından altı ay əvvəl keçirilir.
  5. Dəb alıcıları: Kolleksiyaların mağazalarda satılıb-satılmaması barədə qərar verirlər.
  6. Dəb festivalları: Vaxtilə özəl və yalnız ticarətçilərin dəvət edildiyi bu tədbirlər artıq internetlə dünyaya canlı yayımlanır. Hətta bəzi geyimləri internetlə podiumun özündən almaq mümkün olur.
  7. Erkən dəbə salanlar və onlayn şəxsiyyətlər: Dəb bloqerləri və məşhurlar dəb brendlərinin və ya kolleksiyaların taleyinə təsir göstərməyə qadirdirlər.
  8. Dəb geyimlərinin təchizat zənciri: Parçalar əldə edilir, geyimlər istehsal olunur və müştərilərə və ya mağazalara çatdırırlır.

Dəb sənayesi necə işləyir?

Ən yeni trendləri təqib etmək üçün Zara və ya H&M kimi geyim satıcıları podiumlarda sərgilənən ən yeni dizaynlardan ilhamlanan geyimlərin dərhal istehsalına başlayırlar.
Brendlər arasında yüksək rəqabətlik onları bu prosesi sürətlə reallaşdırmağa yönəldir.
Bəzi brendlər dizaynların istehsalını sürətləndirmək üçün dizaynerlərini istehsal müəssisələrilə eyni yerdə məskunlaşdırırlar.

Fashion cycle

Modanın dəyişməyən üzü
Rəqabətin artması ilə müşahidə edilən dəyişiklərlə yanaşı dəb sahəsində daha yavaş dəyişən məqamlar da var.
Keçmiş model və hazırda BBC Rusca müxbiri Alina İsaçenka deyir ki, dünya iqtisadiyyatı inkişaf etdikcə və Asiya ölkələrinin dəb sənayesinə təsiri artdıqca bu sahəyə cəlb olunan modellərin sayı da artmaqdadır.

Alina İsaçenka

“Burada söhbət təklifin tələbdən üstün olmasından gedir”, xanım İsaçenka deyir.
Onun təcrübəsində, bu səbəbdən agentliklər və şirkətlər modellərə münasibətlərində və yaratdıqları şəraitdə əvvəlki fəaliyyətlərindən fərqlənmirlər.
“Əgər hansısa müştəri bir modeli bəyənməsə, bir zənglə onu əvəz edə bilər”, o vurğulayır.
Hansı trendlər dəbdən düşmür?
Geniş enli ayaqlı şalvar
Geniş enli ayaqlı şalvarlar ilk dəfə 1860-cı illərdə amerikalı dənizçilər arasında praktiki səbəblərə görə populyarlaşmışdı.
1960-cı və 1970-ci illərdə isə bu növ şalvarlar dəbə girməyə başladılar.
Sonny və Cher müğənni cütlüyü bu növ şalvarların məşhurlaşmasında böyük rol oynadılar.
Pop və rok müsiqiçilər arasında populaylarşan bu şalvarlar 70-ci illərin axırınadək dəbdən düşməyə başladılar.

şalvar

Lakin 90-cı illərin axırı və 2000-ci illərin ilk yarısında bu növ şalvar bir daha dəbə daxil olmağa başladılar.
Bu dövrdə həmçinin “boot cut” (azərbaycanca “çəkmə enli”) növlü şalvarlar standart olaraq satılmağa başladı və bu gündədək müxtəlif mağazalarda satışdadır.
Hətta 2016-cı ilin podiumlarında bu növ şalvarlar Cavalli, Nolcha, Lanvin və Xiao Li kimi dizaynerlər tərəfindən geniş istifadə olunub.

Arxiv: Avstraliyalı model Montana Cox Mercedes-Benz moda həfətsində, Sydney, Avstraliya (14 may 2017).Fotonun müəllifiCHRİSTİAN VİERİG/ GETTY IMAGES

Xəndək palto
Xəndək paltoları 19-cu əsrdə hazırlayan ilk şirkətlər, Britaniyanın Aquascutum və Burberry şirkətləri olub.
Bu paltolar əvvəlcə Britaniya ordusunun zabitləri arasında populyarlaşıb. 1914-cü ildə artıq avropalı əsgərlər tərəfindən əvvəllər istifadə olunan yun paltoları xəndək paltolar əvəz etməyə başlamışdı.
Birinci Dünya Müharibəsindən sonra, xəndək paltolar dəb sənayesi tərəfindən geniş şəkildə istifadə olunurdu.
Hazırda xəndək paltoları bir çox dəb evlərinin payız və qış kolleksiyalarında tapmaq mümkündür.

Arxiv: Milan moda həftəsi, 21 sentyabr 2017.Fotonun müəllifiANDREAS RENTZ/ GETTY IMAGES

Çiçəkli bəzəklər

1920-ci illərdə Asiyadan ilhamlanan Liberty’s of London, çiçəkli parçalardan geyimlər hazırlamağa başladı.
Çiçəklərlə bəzənmiş geyimlər indiyədək yaz və yay aylarında dəbdən düşmür.
Yay və yaz kolleksiyalarının podium nümayişlərindən çox nadir hallarda əksik olan çiçəklə bəzənmiş geyimlər artıq dəb dünyasınnın ənənəvi üslublarından biridir.

Əvvəlki məqalə7 günə xoşbəxt olmaq
Növbəti məqalədəKilolu və qısa boylu xanımlar necə geyinməli?