ağıllı qadınlar

Psixoloqlar kişilərin ağıllı qadınlardan çəkindiklərini, qorxduqlarını deyirlər. Gündəlik həyatda müşahidə etdiklərimiz də bu faktı təsdiqləyir.

Bəs görəsən, bunun səbəbi nədir? Niyə zəkalı xanımlar kişiləri vahiməyə salır?

Psixoloqlar kişilərin ağıllı qadınlardan çəkinmələrinin 4 əsas səbəbi olduğunu vurğulayırlar:

Özlərini üstün görmək istəyirlər

Neçə yaşında olmasından asılı olmayaraq, kişilərin çoxunu məntiq yox, eqo hissi idarə edir. Ona görə də kişilər gündəlik həyatda, işdə, ictimai yerlərdə özlərindən ağıllı, dərrakəli birini görəndə qıcıqlanmağa başlayırlar. Onlar rəqib xoşlamırlar. Hələ bu rəqib qarşı cinsdən olarsa, ümumiyyətlə, özlərindən çıxırlar. Kişilərin böyük bir qismi ağıllı qadınla birlikdə olmaqdansa, onların ağlını, zəkasını öyən, onlara dahi gözü ilə baxan saf qadınlarla münasibət qurmağa üstünlük verirlər.

İdarə etmək həvəsi

Ağıllı qadın münasibətdə bütün idarəni kişinin öhdəsinə buraxmır. Qərarların hər iki tərəfin iştirakı ilə verilməsini tələb edirlər. Ancaq kişilər narahatçılığı heç xoşlamırlar. Onlar özlərinə sərf edən qərarları verir, həmişə idarə etmək istəyirlər. Elə götürək avtomobili. Kişilərin öz avtomobilinə necə bağlandıqlarını, onu necə sevdiklərini bilməyən yoxdur. Psixoloqlar bunu da kişinin idarə etmək həvəsi ilə əlaqələndirirlər. Çünki avtomobil danışmır, fikir bildirmir, kişi sükanı hansı tərəfə çevirərsə, oraya gedir. Ağıllı qadını isə idarə etmək çətindir.

Dava-dalaş

Qadınla kişi arasında, əsasən, kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırarkən söz-söhbət yaranırKişilər özlərini üstün cins hesab etdiklərindən hər dava-dalaşda haqlı tərəf olduqlarını sanırlar. Qarşılarındakı ağıllı qadın olanda isə məntiqli suallara cavab tapa bilməyib geri çəkilməli olurlar. Bu isə onların eqosunu zədələyir.

Daim nəzarətdə

Ağıllı qadınla birlikdə olan kişi hər addımına diqqət etməli olur. Belə qadına yalan danışmaq, onu yola vermək mümkün deyil. Ağıllı həyat yoldaşına xəyanət etməyə hansı kişinin cürəti çatar? Hansı kişi etdiyi xəyanəti ağıllı qadından gizlədə bilər? Hər halda həyatı boyu əldə etdiklərini itirmək istəməz. Çünki öz haqqlarından xəbərsiz qadınların əksinə, ağıllı qadılar olduqca təhlükəlidirlər.

Əvvəlki məqaləAybaşı zamanı cinsi əlaqəyə girmək olarmı?
Növbəti məqalədəSellüliti təbii yolla aradan qaldıran EFFEKTİV ÜSULLAR