sağlamlıqYena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməsi prosesini 46% sürətləndirir.

1. Qəhvə + yumurta

1 x.q. üyüdülmüş təbii qəhvənin üzərinə 2 x.q. qaynar su tökün, dəmləyin, soyudun, 1 çalınmış yumurta və 1 x.q. gənəgərçək yağını əlavə edib qarışdırın, saçlara çəkin (saçların köklərinə xüsusi diqqət edin!). Maskanı 30 dəqiqə saxlayın, sonra saçınızı yaxşı yuyun.

2. Qəhvə + soğan

1 x.q. təbii qəhvəni 2 x.q. qaynar su ilə dəmləyin, soyudun, 1 x.q. soğan şirəsi və 1 x.q. ayıpəncəsi yağını əlavə edin, qarışdırın. Maskanı 30 dəqiqə saxlayın.

3. Qəhvə + rozmarin efir yağı

1 x.q. qəhvəni 2 x.q. qaynar su ilə dəmləyin, soyudun, 1 x.q. zeytun yağı və 5 damcı rozmarin yağını əlavə edib, yaxşı qarışdırın. 30 dəqiə saxlayın.

Maskaları həftədə 2 dəfə olmaqla 1 ay ərzində istifadə edin. Sonra həftədə 1 dəfə istifadə edə bilərsiniz.

Reseptlərdə istifadə olunan soğan şirəsi və rozmarin yağı da kofeinlə yanaşı saçların tökülməsinə qarşı ən təsirli vasitələr kimi qiymətləndirilir.

Əvvəlki məqaləDərinin təmizlənməsi üçün ən yaxşı vasitə
Növbəti məqalədəSəhərlər necə daha tez makiyaj edilər?