Demək olar ki, hər bir qadın gözəl qıçlara sahib olmaq istəyir. Bunun üçün müxtəlif idman hərəkətləri, hətta estetik əməliyyat da edənlər var. Əslində sizin bu qədər uzun-uzadı hərəkətlərə, əməliyyata ehtiyac yoxdur. Sizə sadəcə bir ədəd stul lazımdır. Stul?! Bəli, stul! Bu dəfə ideal qıçlara sahib olmaq üçün idman hərəkətlərindən yazırıq.

İdeal qıçların sirri

Birinci hərəkət

İdeal qıçların sirri

Sağ ayağınızın üzərində stulun yanında dayanın. Və dərhal stulunun üzərinə çıxın, sol dizinizi də qarnınıza qədər dartın. Sonra yavaşca stuldan düşün. Eyni hərəkəti sol ayaq üstə də təkrar edin.

İkinci hərəkət

İdeal qıçların sirri

Ovcunuzun içləri yerdə, ayaqlarınız isə stulun üstündə jim pozasını alın. Sağ dizinizi qarnınıza qədər dartın və daha sonra uzadın, dümdüz geriyə doğru qaldırın. Eyni hərəkəti sol tərəf üçün də təkrarlayın.

Üçüncü hərəkət

İdeal qıçların sirri

Arxası üstə uzanın. Qollarınız gövdənizin yanında, ayaqlarınız isə stulun üstündə olsun. Daha sonra isə qıçlarınızı bədəniniz düz bir xətt vəziyyətini alana qədər qaldırın. Sanki körpü düzəldirsiniz kimi. 5-ə qədər sayın və yavaşca ilkin vəziyyəti alın.

Dördüncü hərəkət

İdeal qıçların sirri

Arxası üstə uzanın. Ayaqlarınızı stulun üzərinə qoyun. Qıçlarınızı qaldıraraq körpü vəziyyətini alın. Daha sonra bir qıçınızı dümdüz şəkildə qaldırın. 5-ə qədər sayın və yavaşca stulun üstünə qoyun. Qıçınızın düşməməsinə çalışın. Eyni hərəkəti sol ayaqla da təkrarlayın.

Beşinci hərəkət

İdeal qıçların sirri

Stula arxanızı çevirin. Sağ qıçınız qabaqda düz bir şəkildə ikən sol ayağınızı arxaya, stulun üstünə qoyun. Daha sonra sağ dizinizi bükərək qabağa doğru əyilin. Amma diqqət edin ki, sol ayağınız stulun üstündə qalsın. Eyni işləri sol ayaqla da edin.Hərəkətləri gündə 3 set halında 30 dəfə edə bilərsiniz. Məşqlər zamanı yaxşı nəfəs almağa diqqət edin. Yorulduğunuz zaman mütləq bir neçə saniyə istirahət edin.

 

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləBağırsaqlarımızın dostu 5 prebiyotik tərəvəz
Növbəti məqalədəPayız və qışda kökəlməmək üçün diqqət etməlisiniz