gözəllikMakiyaj etməyi sevən xanımları ən çox düşündürən mövzulardan biri də kirpiklərə uyğun tuşu tapmaqdır. Çünki bir çox brend müxtəlif fırçalara malik olan tuşlar istehsal edir. Çox az qadın bu fırçaların funksiyalarından xəbərdardır.
Tuş fırçalarının funksiyalarını araşdırılıb:
Qalın və sıx tükləri olan fırça
Tuşlarda ən çox belə klassik fırçalara rast gəlirik. Belə fırça kirpikləri daha həcmli göstərir. Xüsusilə də, nazik və seyrək tükləri olan kirpiklər üçün idealdır.
Uzun və incə fırça
Belə fırça kirpikləri daha uzun göstərmək məqsədi daşıyır və tuşun kirpiklərdə toplanmasının qarşısını alır.
Əyri fırça
Qıvrım kirpiklərə qovuşmaq istəyirsinizsə, sizin üçün ən ideal fırça modeli budur. Suyadavamlı tuş seçsəniz, daha yaxşı olar. Belə halda kirpikləriniz bütün gün qıvrım formada qalacaq.
Yumru fırçalar
Bu qeyri-adi fırça kirpikləri tək-tək ayırmağa kömək edir. Gözlərin kənarında qalan kirpiklərin də qüsursuz görünməyini istəyirsinizsə, belə fırçaya üstünlük verə bilərsiniz. Yumru fırçanın tək mənfi tərəfi isə tuş çəkərkən 2 qat çox vaxtınızı almasıdır.
Seyrək tüklü fırça
Belə fırça ilə kirpikləri həm uzun, həm həcmli, həm də qıvrım göstərmək mümkündür. Bir tuş ilə 3 effekti də əldə etmək istəyirsinizsə, belə fırçaya üstünlük verməlisiniz.
Kiçik fırça
Digər tuşlar alt kirpikləri formaya sala bilmir. Kiçik və qısa fırçalı tuş məhz bu problemi aradan qaldırmaq üçün istehsal edilib.

Əvvəlki məqaləGöz rənglərinə uyğun makyaj
Növbəti məqalədəCavan qalmağın 10 əsas yolu