analıq və hamiləlik

Dublin Uvibersitetinin (Böyük Britaniya) alimləri aşkar ediblər ki, hamiləlik zamanı qəhvə və ya çaydan sui-istifadə dölün çəkisinə mənfi  təsir edir.

Araşdırma zamanı 1000-ə yaxın hamilə qadının rasionu və doğulan uşaqların sağlamlıq göstəriciləri araşdırılıb. Məlum olub ki, kofeinin çoxlu miqdarda qəbulu azçəkili uşaqların doğulmasına səbəb olur.

Azçəkili uşaqlarda bəzi ciddi ağırlaşmaların riski yüksək olur. Bu ağırlaşmalar arasında: anemiya (qanazlığı), beyinin zədələnməsinə səbəb ola bilən hipoqlikemiya (qanda şəkərin normadan az olması) və s.

Kofeinin əsas mənbələri: qəhvə, çay (həm qara, həm də yaşıl). Araşdırmada iştirak edən qadınlar kofeini əsasən çaydan alırdı.

Bütün bunları nəzərə alaraq, alimlər hamiləlik zamanı daha az çay içməyi tövisyə edirlər.

Əvvəlki məqaləXəyanət etməyən kişini 6 addımda tanı
Növbəti məqalədəHamiləliyin və doğuşun vaxtı necə təyin olunur? Ginekoloqdan ətraflı İZAH