zinət əşyaları

Qadınların cazibədarlığı və şarmlı görünüşü təkcə gözəl saç düzümü, bahalı zövqlü geyimlərlə ölçülmür. Düzgün seçilmiş aksessuar da qadını olduqca cazibədar və gözəl göstərə bilər. Xırda detallar yay mövsümündə daha çox gözə çarpsa da, hər mövsümə uyğun zinət əşyalarının olduğunu bilirdinizmi?

Qiymətli metallar, əlvan daşlar öz mövsümünə uyğun istifadə olunarsa, sizin gündəlik əhval-ruhiyyənizə, enerjinizə müsbət təsir göstərə bilər.

“Payız” fəslində istifadəsinə üstünlük verməli olduğunuz daşlar:

Payız mövsümündə enerjisinə görə ən çox istifadə edilməsi gərəkən aksessuar kobud, çıxıntılı və tünd yaşıl rəngdə olanlardır. Payız mövsümündə xüsusilə ətrafda gözə çarpan rənglər ilıq çalarlar olur. Xurmayı, şabalıdı, dəri rənginin müxtəlif çalarları daha çox olduğu üçün, yaşıl, mavi tonlarda olan daş-qaşlar sizin əhval-ruhiyyənizi dəyişəcək və sizi çox gözəl göstərəcək. Payız fəslində doğulan xanımlarda bu, həm mənfi, həm də müsbət təsir oyada bilər. Sitrin, firuzə, mərcan, xrizolit, zümrüd, ametist daşları orqanizmə müalicəvi cəhətdən əhəmiyyətli təsir edir.

Hər mövsümə uyğun zinət əşyalarından İSTİFADƏ ETSƏNİZ...

“Qış” fəslində:

Ümumiyyətlə, qış fəslində dünyaya gələn xanımları tez-tez cadugər adlandırırlar. Onların istifadə etdiyi aksessuarlar isə magiya simvolları hesab edilir. Ziddiyyətli məqamlar olsa da, bu mövsümdə sakit çalarlar istifadə edilmir. Bu mövsümdə şokolad rəngli tünd çalarlar və incə zərif aksessuarlara üstünlük verilməlidir. Qışda iri həcmli bəzək əşyaları məqbul hesab edilmir. Soyuq havada nisbətən ağaran insan dərisi xüsusilə qara mirvarilərlə harmoniya yaradır.

 

Hər mövsümə uyğun zinət əşyalarından İSTİFADƏ ETSƏNİZ...

“Yaz” fəslində:

Payız və qışdan sonra günəşli havaların müşahidə edildiyi yazda əlvan və parıltılı aksessuarlar istifadə etmək daha yaxşı olar. Xanımların bu fəsildə saçlarının rəngi belə daha açıq çalarlara meyl edir. Şəffaf dərini isə gül rəngli, yaşıl açıq-boz və qarışıq simvollarla işlənmiş bəzək əşyaları tamamlayır.

Hər mövsümə uyğun zinət əşyalarından İSTİFADƏ ETSƏNİZ...

“Yay” fəslində:

Dənizin mavi rəngi, boz-mavi rəngə çalan səma altında xanımlar olduqca cazibədar görünürlər. İsti hava şəraitindən dolayı nisbətən açıq, dekolte geyimlər öz-özlüyündə xüsusi görünüş verir. Bundan əlavə, qarışıq daşlarla işlənmiş, çəhrayı və ya boz çalarlar, nar rəngi və ya firuzəyi yaqut mükəmməl kompozisiya yarada bilər. Eləcə də dağ bülluru yay fəsli üçün mükəmməl aksessuar hesab olunur.

Əvvəlki məqaləGinekoloqların alt paltarı ilə bağlı qadınlara 5 VACİB məsləhəti
Növbəti məqalədəAna nənənin uşağın taleyində MÜHÜM ROLU