Göz rənglərinə uyğun makyaj

Qızılı, bənövşəyi və ya yaşıl: göz kölgəsi və göz layneri necə seçilməlidir?
Göz rənginizə uyğun makyaj seçmək üçün aşağıdakı tövsiyələri oxuyun:
Mavi gözlər üçün makyaj
Sizə uyğun olacaq: dolğun qəhvəyi, qızılı, tünd boz, bənövşəyi, şaftalı və çəhrayı göz kölgələr.
Göz kölgələrin təbii göz rəngindən daha tünd bir ton olması lazım olduğunu unutmayın. Ən çox edilən səhv: göz kölgələrini tam eyni hündürlükdə sürtməkdir. Belə halda gözlər sönük görünür.
Göz layneri və mascara seçimində qara rəngdən imtina edin. Qəhvəyi bir kölgəyə üstünlük verin – bu gözlərinizi daha iri və parlaq edəcək. Göz rənglərinə uyğun makyaj

Yaşıl gözlər üçün makiyaj
Sizə uyğun olacaq: qəhvəyi, tunc, şaftalı və qızılı çalarlar.
Mavi və ya gümüş kimi soyuq çalarlardan qaçınmaq lazımdır: gözləri daha az parlaq  və balaca göstərəcəklər. Yaşıl göz kölgələri, göz yaşılının müxtəlif fərqli çalarları olduqda, yaxşı kombin əldə edəcəksiniz. Ən yaxşı nəticə üçün, qaşların altına bir az highlighter sürtün .
Qara göz laynerindən qaçın , bronz və ya qızılı rəng layneri sizə mükəmməl yaraşacaqdır.
 
 
 Qəhvəyi gözlər üçün makiyaj
Sizə uyğun olacaq: çəhrayı və bənövşəyi, dolğun yaşıl, lavanta və qızıl rəngli çalarlar.
Göz layneri seçərkən, tünd yaşıl və mavi kimi dərin rənglərə diqqət yetirin. Onları daha az parlaq göz kölgələri ilə kombin edə  bilərsiniz . Qara maskara qəhvəyi rəng gözlərlə daha yaxşı gedir.

Əvvəlki məqaləQaş mascaları kimlərə uyğundur
Növbəti məqalədəHansı tuş fırçası kirpiklərinizə uyğundur?