Bəzi müalicəvi, faydalı yağların dilimizə tərcüməsini bilmədiyimizdən alıb istifadə etmək imkanından məhrum oluruq.
Həmin yağların dilimizə tərcüməsini təqdim edirik.

Ayı pəncəsi yağı və gənəgərçək yağı (Репейное и касторовое масло) – saçla bağlı bütün dərdlərin dərmanı.

Ərik yağı (Абрикосовое масло) – bədənin massajı və dırnaqların qidalandırlıması üçün.
Acı bibər yağı (Настойка перца горького) – saç uzatmaq üçün əvəzsiz vasitəsdir.
Lavanda yağı (Mасло лаванды) – bir neçə damcısı şampuna töküb istifadə etdikdə, saçlar uzun müddət təmiz və parıltılı qalır.
Qozun kosmetik yağı (Косметическое масло грецкого ореха) – üzdə qırışlara və gözaltı qaralmalara qarşı faydalıdır.
Jojoba yağı (Масло жожоба) – gözkənarlarındakı xırda qırışları yox edir.

Gözəllik üçün əvəzsiz vasitələr
Dəniz duzu (Морская соль) – bədən və dırnaqları təravətləndirmək üçün vanna qəbul etmək olar.
Badam yağı (Миндальное масло) – üz və bədən dərisinə çəkildikdə çat və qırışların qarşısını alır.
Mavi gil (Голубая глина) – bədən və üz üçün ən effektiv maska.
Çay ağacı yağı ( Масло чайного дерева) – sızanaqlar əleyhinə çox faydalıdır.

Gözəllik üçün əvəzsiz vasitələr
Nanə yağı (Мятное масло) – baş ağrıları, miqren və yuxusuzluq zamanı gicgahlara sürtülür.
Çiyələk yağı ( Масло клубники) – doğuşdan sonra dəri çatlarına qarşı faydalı vasitədirBor spirti (Борный спирт) – sızanaqları məhv edir.
A və E vitamini kapsulları ( Витамины Е, А в капсулах) – quru və çatlaq dodaqları, eləcə də gözaltı hissəni qidalandırır.
Kokos yağı (Кокосовое масло) – saçların tökülməsi, bədən və üz dərisinin gözəlləşdirilməsi üçün əvəzsizdir.publika.az

Əvvəlki məqaləQaynananızla yola getmirsinizsə
Növbəti məqalədəHamiləliyin gedişatı – I trimestr