Makkenzi Skott… Yəqin ki, əvvəlcə çox adam bu adı eşitməyib. Bəziləri isə onu Makkenzi Skott Beyzos kimi tanıyır. 1993-cü ildə evləndiyi Cef Beyzosdan 2019-cu ildə boşanan Makkenzi Skott  rekord səviyyədə – 35 milyard dollar boşanma müqaviləsi imzalamışdı. Razılaşmaya əsasən, “Amazon” səhmlərinin 4 %-i Skotta verilmişdi.

Makkenzi Skott bu il 29,3 milyard dollar qazanaraq sərvətini 66,4 milyard dollara çatdırıb. boşandıqdan sonra dünyanın 3-cü varlı qadını olan Makkenzi Skott çox keçmədən sərvətini artıraraq dünyanın ən varlı qadınları siyahsında 1-ci yerə çıxdı. Makkenzi Skott həmçinin ən varlı adamlar siyahısında hazırda 12-ci yerdədir.

“L’OREAL”ın varisini keçdi

“Bloomberg Billionaires Index”ə görə “Amazon”un səhmlərinin artması ilə sərvəti 66,4 milyard dollara yüksələn Makkenzi Skott, “L’Oreal SA”nın varisi F.B.Meyersi geridə qoyaraq dünyanın ən varlı qadını olub

1992-ci ildə Beyzosun köməkçisi kimi işə başladı

7 aprel 1970-ci ildə San-Fransiskoda anadan olan Makkenzi Skott  1992-ci ildə Princeton Universitetindən məzun olduqdan sonra 1993-cü ildə “D.E.Shaw” şirkətində işə girdi və Cef Beyzosun köməkçisi oldu. 1993-cü ildə Cef Beyzos ilə evlənməsi həyatını dəyişdirdi. 1995-ci ildə Beyzos tərəfindən qurulan Amazon sürətlə böyüdü və hazırda dünyanın ən böyük şirkətlərindən çevrildi.

 

İlk kitabı ilə mükafat aldı

Makkenzi Skott evləndikdən sonra yazmağa başladı. 2006-cı ildə “Lüter Albertin testi” kitabına görə Amerika Kitab Mükafatını qazandı. Üç uşaq sahibi olan cütlük Çindən bir qız övladlığa götürdü. Cütlük “Twitter”də verdikləri açıqlamada 2019-cu ildə boşanacaqlarını açıqladılar və boşanarkən 35 milyard dollarlıq tarixə düşəcək bir müqavilə imzaladılar.

Xeyriyyə fonduna 1,7 milyard dollar bağışlayıb

Boşandığı zaman dünyanın ən zəngin üçüncü qadını olan 50 yaşlı yazıçı 1,7 milyard dollar xeyriyyə fonduna bağışlayıb. “Amazon”un səhmlərinin sürətlə artması ilə Makkenzi Skottu dünyanın ən varlı etdi.