Sizin də dodaq boyanız dişlərinə və ya stəkanınıza bulaşır? Dodaqlarınızı qurudurmu? Bu problemləri həll etmənin yollarını sizə təqdim edirik.

Dodaqlarınızı qurudursa…

Bu, mat və maye dodaq boyalarında sıxlıqla rastlanan bir problemdir, ancaq asan bir həlli var. Dodaq boyası çəkmədən əvvəcə dodaqlarınıza bol miqdarda balzam çəkin və bir neçə saniyə əmilməsi üçün gözləyin. Sonra dodaq boyanızı çəkin.

Dişlərinizə bulaşır
Dodaq boyanızı çəkdikdən sonra dodaqlarınızı “O” şəklində yuvaqlaşdırın və işarət barmağınızı ağzınıza salın.Dodaqlarınızı bağladıqdan sonra barmağınızı çəkin. Beləliklə dodaq boyası barmağınızda qalacaq.

Stəkanınızda izi qalır
Stəkanınıza dodaqlarınızı dayamadan əvvəl dodaqlarınızı yalayın . Beləliklə də stəkanla dodaq boyası arasında bir qoruma yaranacaq.

Dodaq cizginizin xaricinə çıxır
Dodaq boyası çəkdikdən sonra dodaqlarınızın kənarlarını bir fırça ilə silin. Gün ərzində də dodaqlarınızın kənarlarını yoxlamağı yaddan çıxartmayın.

Dərinizə uyğun rəngi tapa bilmirsiniz
Dərinizə uyğun dodaq boyası tapmaq üçün üsulumuzu yoxlayın. Dodaq boyasını tapmaq üçün təbii dodaq rənginizin bir ton tündünü seçin. Rəng partdaması istəmirsənizsə, bir ton parlağını seçin. Dodaqlarınızın soyuq görünürsə, gilas qırmızı və ya mərcan rənglərini tərcih edin. Təbii qırmızı dodaqlara sabibsəniz, narıncıya calan qırmızılar və ya isti çərayı tonları tərcih edin.

Əvvəlki məqaləDərini nəmləndirən və cavanlaşdıran içki
Növbəti məqalədəRahat yatmaq üçün