Ağız və diş sağlamlığı haqqında doğru bilinən bir çox səhv və qulaqdan-qulağa keçmə məlumatlar diş xəstəliklərinə səbəb ola bilər. Sağlam dişlərə sahib olmaq üçün ilk növbədə bu haqda düzgün məlumatlara yiyələnməlisən. Sağlam dişlərə sahib olmağına yardımçı olmaq üçün Foxy bəzi doğru bilinən səhvlərdən səni xəbərdar edir. Diş sağlamlığında doğru bildiyin səhvlər

– Dişlərin yaxşı təmizlənir deyə onu bərk şəkildə fırçalama. Bu diş üzərində aşınmalar yarada bilər, mina qatının zədlənməsi ilə nəticələnər. Sonra isə dişlər ağlığını itirir və sarılaşmağa başlayır. Həmçinin dişləri bərk fırçalamaq diş əti probleminə də səbəb olur.

– Doğru bilinən maraqlı səhvlərdən biri də dişləri yumamışdan öncə fırçanı islatmaqdır. Bəli, düz oxudun. Fırçanı dişləri fırçalamadan əvvəl islatmaq onun tüklərinin yumşaqlaşmasına gətirib çıxardır.

– Dişimiz ağrıyanda adətən tez ağrıdan azad olaq deyə çıxış yolunu aspirində tapırıq. Amma səhv edirmişik. Çünki ağrıyan dişə aspirin qoymaq diş əti yaralarına yol açır.

– Dişlərimizi ev şəraitində ağartmaq üçün duz və karbonat (soda) ilə bu prosesi etməməliyik. Həm karbotan, həm də ki, duzun tərkibində elə maddələr var ki, bu dişlərin aşınmasına səbəb olur. Beləliklə, qaş düzəldən yerdə gözdən də ola bilərsən. Yəni dişlərinin daha ağ, daha parlaq olmasına çalışarkən onun saralmasına, tez xarab olmasına şərait yarada bilərsən.

 

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləİdeal cinsi münasibət üçün 6 qayda
Növbəti məqalədəBoşanma qərarı verərkən valideyinlər nələrə diqqət yetirməlidirlər ?