Bu üsullarla özünüzü daha çox su içməyə vərdiş etdirəcəksiniz

Əksəriyyətimiz daha az su içir. İsti havalarda isə daha çox qazlı, şəkərli meyvə suları, çay və soyuq kofeyə üstünlük veririk. Su orqanizmimizi təmizləyir, qəbul etdiyimiz qidalardan daha çox vitamin və mineral almağımıza kömək edir, həzmi asanlaşdırır. Mütəxəssislər də, elə suyun bu faydalarını nəzərə alıb gündə çəkimizə uyğun su içməli olduğumuzu vurğulayırlar. Amma bəzən lazım olan miqdarı içə bilməməyimizdən şikayətlənirik. Bunun üçün də sizə bəzi üsullar təqdim edirik ki, daha çox su içməyə vərdiş edəsiniz.

Bu üsullarla özünüzü daha çox su içməyə vərdiş etdirəcəksiniz

“Su”yu həyat tərzinizə çevirin. Səhər oyanan kimi ən azı 3 qurtum su için. Komputerdə iş görəndə, nahar hazırlayanda yanınıza bir stəkan su saxlayın və işinizi görə-görə onu için. Evdən çıxanda və evə qayıdanda su içməyi unutmayın. Ən yaxşı variant kimi, evdən çıxarkən özünüzlə kiçik şüşədə su götürün.

2. 100 ml portağal şirəsini blenderə tökün, üzərinə 1 x.q. limon suyu, 100 ml də qazlı su əlavə edib qarışdırın. Bu qazlı suyu zərərsizləşdirməyə və mədə-bağırsağınıza yaxşı təsir etməyə kömək edəcək üsuldur.

3. Zamanla içdiyiniz suyun miqdarını və keyfiyyətini artırın. Məsələn, ağız dadınıza uyğun olaraq içdiyiniz suya bir ədəd portağallı buz əlavə edə bilərsiniz.

4. Stəkana içəcəyiniz qədər su tökün. Bir neçə qurdum yetərli olar. Çünki belə olduqda qədərinizi içəcəksiniz.

5. Evdə iş, yemək masanızın üzərinə gözəl dizaynı sürahi və stəkan qoyun. Görünüz sizi su içməyə vadar edəcək.

Əvvəlki məqaləPayız və qışda kökəlməmək üçün diqqət etməlisiniz
Növbəti məqalədəArağın orqanizmə faydaları