digər“Qələm surəsinin 51-ci ayəsində Allah -Təala buyurur : ” Kafirlər zikri eşidəndə az qaldılar səni gözləri ilə titrətsinlər
Burada Allah diqqəti bədnəzərə yönəldir ki, Allah Rəsulu (s.ə.v.a) öz növbəsində buyurur: ” Bədnəzər dəvəni qazana, Adəm oğlunu qəbrə göndərər. ”
Ayrı bir yerdə buyurur : ” Qədəri qabaqlayan bir şey olsaydı mütləq nəzər olardı .”

Bəd nəzər nədir ?
Və nədir ki, bu qədər gücü vardır.
Məlumdur ki, insanın vücudu bütöv elementlər toplusudur və bunların bəzisi cismdə, bəzisi enerjidə , bəzisi də ruhda öz əsərini göstərir.
Bədnəzər ” selen” elementi vasitəsi ilə təsir etdiyi üçün ona elmdə ” selen şüaları ” adı verilmişdir .
Bu şüaların energetikada təsiri eynilə bədnəzər olmayan yüksək mənfi enerjinin
təsiri kimidir və bir fərqi vardır ki , bunun sürəti daha çoxdur və tez təsir edir sanki vurub yıxan bir enerjidir bənzətmə olaraq şimşək gücündən də tez təsir edir deyə bilərik .
Bu bədnəzər bu qədər tez təsir edirsə bəs bunun qarşısını almaq üçün nə etməliyik ?
Əvvəla onu qeyd edim ki, Allahın yaratdığı hər bir rəngin , daşın , səsin, atom tərkibinin xidmət etdiyi bir cəhət vardır və Quranda da ” Hər yaradılan şey öz yaradıldığı amac üzrə hərəkət edər” – deyilməkdədir .
Əvvəlcə rənglərdən başlayaq ki, bədnəzərə əks təsir edən rənglər əsasən: ağ, mavi və yaşıl rənglərdir və bunların ən effektiv təsir edəni mavi rəngdir . Mavi rəng soyuq rənglərə aiddir . Mavi rəng bədnəzərdən gələn şüaları və əsəb hissini soyutmaqda etkiləyici qüvvəyə malikdir və ağ rənglə birlikdə işlədilsə təsirini daha da artırır.
Yaşıl rəng isə gələn bədnəzər şüalarını soyudub bədnəzərdən gələn isti təsiri yorğun hala gətirir ki, nəzərin təsiri artıq yoxa doğru olur .

Daşlardan isə firuzə bədnəzər qarşısında zireh kimidir . Bədnəzərdən və mənfi enerjilərdən gələn şüaların qarşısını almaq gücünü və mənfi enerjiləri dəf etmək gücünü özündə daşıdığı üçün bəzən qoruduğu insanın üzüyündə , ya boyunbağında dəf etdiyi enerjidən xəbərdar etdiyi üçün yaxud mənfi enerjidən qoruduqda gücü tükəndiyi üçün parçalandığını və ya öz yerində rənginin dəyişdiyini müşahidə edirik .
Firuzənin də rəngləri ağ , yaşıl , firuzəyi , yaxud mavi və ya tünd göy olur ki, tünd göy rəng də yenə mavi rəngin çalarlardan azacıq fərqlə təsir edir.

Hər cür şüaları yayan yaqut daşı və rənginin qırmızı və isti rəng olmasına rəğmən mərcan daşı da bədnəzərə qarşı sipər rolu oynaya bilir. Bu ikisinin Quranda da adları çəkilibdir. Çünki rəng istiliyi ilə də bədnəzərin qarşısına çıxmaq mümkündür . Əgər soyuq mavi rəng və ya mavi rəngdə olan firuzə bədnəzərə qarşı qalxan rolundadırsa qırmızı rəng istiliyi ilə bədnəzərə qarşı qılınca -qılınc rolu oynayacaq.

Rəng və daşlardan sonra Quran ayələri və dualara da nəzər salaq ki, əvvəldə xatırladılan Qələm surəsinin 51-ci ayəsi özündən sonrakı 52-ci ayə ilə birlikdə bədnəzər üçün həm yazılır , həm də oxunur və hər cür nəzəri dəf etməkdə faydalıdır .
Sual yaranarsa ki, bir dəfə oxumaqla təsir edərmi?
Bir dəfə oxumaqla təsir etsə belə yenə də gündəlik təkrarı insanın aurasında və ruhunda bədnəzərə qarşı böyük sədd yaradır çünki illərlə oxunan az dua və ayələr misal olaraq 10 il gündə 10 dəfə salavat deməyin təsiri tədricən ruha təsir edib gücləndirdiyi kimi birdən -birə bir -iki gündə bu qədər salavatı demək ruhu birdən -birə bu şəkildə gücləndirmir. 40gün gündə 1 dəfə nəzər ayəsini oxumaq da birdən -birə 40 dəfə oxumaqdan çox təsir edir.

Və onu da qeyd edim ki, qədəri qabaqlayacaq şeyin nəzər olduğu söylənildiyi kimi də bunun sipəri deməli bundan güclü olmalıdır və bu ayələr də ən tez təsir edən ayələrdir .
Bədnəzər üçün Adiyat surəsi , Mülk surəsinin əvvəlinci ayələri , fələq- nas , ayətəl -kürsi də istifadə olunur .
Gördüyünüz kimi mən də bu tərzdə geyindim ki, bədnəzəri firuzə üzüklə , mavi paltarla və firuzə qolbağla necə dəf etmək lazım olduğunu göstərim

Əvvəlki məqaləSüni mayalandırma həkiminin ŞOK ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI: yanına gələn 48 qadını..
Növbəti məqalədəBu keyfiyyətləriniz yoxdursa, deməli QADIN DEYİLSİZ: 4 VACİB ELEMENT